Diplomatların və hərbi attaşelərin Füzuliyə səfəri BAŞLADI

14:09 22-11-2020 | icon 178 | Müharibə
Diplomatların və hərbi attaşelərin Füzuliyə səfəri BAŞLADI

Ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, o cümlədən, səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfəri başlayıb.

 

Versus.Az xəbər verir ki, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir.

 

Qeyd edək ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.

 

Diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Ermənistanın Füzuli şəhərində törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar.

 

Onlar şəhərdə ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.

 

Diplimatlara məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri dağıdıblar.

 

Bununla yanaşı, ermənilər bir vaxtlar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar.

 

Diplomatlara bildirilib ki, Füzuli sakinlərinin yurd həsrətinə 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il