Vərəmin yayılması barədə məlumatlara aydınlıq gətirildi

18:35 27-09-2018 | icon 44 | Sağlamlıq
Vərəmin yayılması barədə məlumatlara aydınlıq gətirildi

Azərbaycan Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin digər bölgələri haqqında vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Səhiyyə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, ölkədə, o cümlədən Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Son nəticədə 2017-ci ildə Bakıda vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır.

 

Nazirlik qeyd edir ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır:

 

"Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və olada bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir".

 

Gözəl
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir