“Mitinqlər davamlı olduqca, aktivlik də artacaq”

18:54 27-09-2018 | icon 195 | Gündəm
“Mitinqlər davamlı olduqca, aktivlik də artacaq”

Fuad Əliyev: “Əgər iştirakçıların sayı az olacaqsa, bunu faciə kimi qəbul etmək lazım deyil”

 

 

“Qarabağın işğaldan azad olunması ilə bağlı davamlı mitinqlər olarsa, izdiham öz-özlüyündə yaranacaq. Burda heç kimsənin “mənəmlik” iddiasına yer yoxdur”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev Qarabağ Komitəsinin sentyabrın 29-na nəzərdə tutulan mitinqi ilə bağlı açıqlamasında bildirib.

 

F.Əliyev bu mitinqdən aktivlik gözləməyi elə də vacib saymayıb:

 

“Qarabağa dəstəklə bağlı mitinqlərin keçirilməsi illər boyu istənilsə də, buna icazə verilmirdi. İndi icazə verilib və əgər iştirakçıların sayı az olacaqsa, bunu faciə kimi qəbul etmək lazım deyil. Çünki bu, Qarabağla bağlı ilk icazəli mitinqdir və hələ ki, aktivlik olmaya bilər. Mitinqlər davamlı olduqca, aktivlik də artacaq.

Bütün zümrədən olanlar - müxalifətli, iqtidarlı hamı bu meydanda bir araya gələrək dünyaya lazımi mesajımızı verməliyik.

Təbii ki, Qarabağ Komitəsinin üzvü kimi bizim partiya da mitinqdə öndə dayanacaqdır. Eləcə də bütün partiyalar, ictimai fəaliyyəti aktiv olan bütün insanlar mitinqdə olmalıdır”.

 

ALDP sədri bildirib ki, bütün partiya liderləri diqqəti mitinqi kimin keçirməsinə deyil, orada qoyulan məsələyə yönəltməlidir.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir