“Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir

07:17 28-09-2018 | icon 20 | İqtisadiyyat
“Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir

Dövlət Gömrük Komitəsinin (DGK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim davam edir.

 

DGK-dan Versus.Az-a verilən məlumata görə, sentyabrın 27-də, təlimin üçüncü günündə jurnalistlər gömrük işinin təşkili sahəsində risklərin müəyyən edilməsi, gömrük statistikası, media-gömrük münasibətləri ilə bağlı məlumatlandırılıb.

 

DGK Gömrük Risklərinin İdarə Olunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin əməkdaşı Saleh Xəlilli “Risk analizləri və risklərin idarə edilməsi”, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi Əzizağa Əhmədov “Gömrük statistikasının aparılması, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadə üsulları”, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə “Gömrük-media” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Təqdimatların gedişində iştirakçıların təklifləri dinlənilib və onlarıın sualları cavablandırılıb.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir