Qorxulu filmlər gəlir...

09:21 28-09-2018 | icon 64 | Kürsü
Qorxulu filmlər gəlir...

 

 

SƏBUHİ RƏHİMLİ

/Qazi/

 

 

 

Ötən əsrin 80-ci illərinin sonunda efirlərdə iki gündən bir məşhur "Qıdı Kirvə" ("Hacı Qəmbər") səhnəciyini verirdilər ki, ermənilərə nifrət etməyək. Sonra hər gün hind filmləri verdilər ki, evdən çölə çıxmayaq.

 

Amma qısa zaman kəsiyində "Rembo"-filan verənlər də oldu ki, döyüşə ruhlanaq. Sonra az qala bütün binaların altında erotik video-salonlar, pornoqrafik qəzetlər açdılar ki, göbəkdən aşağı düşünək.

 

Sonra mehmanxanaları bağlayıb orada "fəaliyyət" göstərənləri cəmiyyətin içinə qarışdırdılar, yolqırağı, meşəiçi "stolovoy müğənniləri"ni efirə buraxdılar ki, ağ qaradan seçilməsin.

 

Sonra Dubaya yollar, TV-lərdə şoular açıldı ki, əxlaqdan danışanları barmaqla göstərib məsxərəyə qoysunlar. Sonra ekranlar "mavi"ləşdi ki, kişi tribunaları məhdudlaşdırılsın.

 

Sonra siyasi seriallar gündəmi tutdu ki, tamaşaçılarda böyük məsələlərdə, müharibələrdə xalqın heç bir rol oynamaması haqqında qəti təsəvvür yaransın.

 

Ən sonra isə erməniyə güllə atanlar cəzalandırıldı, elə ermənidən güllə alıb bədənində saxlayanlar da...

 

Bu gün də az qala bütün dublyaj studiyalarına kütləvi şəkildə tapşırılıb ki, qorxu (ujas) filmləri hazırlasınlar. Amma bunun açmasını bilmirəm.

 

...Bildiyim odur ki, Qarabağ mitinqində bütün döyüş yoldaşlarımla iştirak edəcəyəm...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir