Qarabağ mitinqinin keçirilməsi zərurətdən doğur

18:53 28-09-2018 | icon 45 | Kürsü
Qarabağ mitinqinin keçirilməsi zərurətdən doğur

 

 

Qarabağ dərdimizi firqə maraqlarından üstün tutmaq hər kəsin vətəndaşlıq borcudur

 

 

 

 

ƏLİSAHIB HÜSEYNOV

/DADP) sədri

 

 

Mən də bir Qarabağ qazisi kimi həm Qarabağ dərdimizlə bağlı mitinqin keçirilməsi təşəbbüsünü, həm də hakimiyyətin mitinqə icazə verilməsi barədə qərarını müsbət qiymətləndirirəm.

 

Belə bir mitinqin keçirilməsinə həqiqətən də ciddi zərurət var. Çünki Ermənistanda hakimiyyətlər bir-birini əvəz etsə də, rəsmi İrəvanın və məkr yuvası olan erməni kilsəsinin Qarabağ məsələsinə işğalçı münasibəti dəyişməz olaraq qalır.

 

Ermənistanın hazırki baş naziri bir tərəfdən təcrübəsiz və naşı siyasətçi olduğuna, digər tərəfdən isə tez-tez müharibə ritorikası ilə çıxışlar etdiyinə görə həm Paşinyanı, həm də davakar erməni cəmiyyətini özünə gətirmək və müharibə eyforiyasından ayıltmaq üçün yumşaq güc nümayiş etdirməyimizə ehtiyac var.

 

Siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaşımızın qatıldığı ümumxalq mitinqi məhz belə bir yumşaq güc rolunu oynaya bilər. Erməni tərəfi başa düşməlidir ki, azərbaycanlıların artıq səbri tükənib və bundan sonra daha 25 il də Ermənistan rəhbərlərinin sülh danışıqlarını imitasiya etməklərinə, sülhpərvərlik şousu göstərməklərinə dözmək fikiri yoxdur. Odur ki, ya öz xoşlarıyla torpaqlarımızı tərk edib getsinlər, yadaki biz müharibə yoluyla öz torpaqlarımızı azad edib işğala son qoyacayıq! Bax, sabah ermənilərə məhz bu mesajı vermək baxımından Qarabağ mitinqi çox önəmlidir.

 

Mən iqtidaryönlü bir partiyanın rəhbəri olsam da, bu mitinq ideyasını dəstəkləyirəm. Çünki Qarabağ məsələsi bizim hamımızın ortaq dərdimizdir. Bu məsələdə iqtidar-müxalifət ayırımı yoxdur. Ümid edirəm müxalif kəsim sabahkı mitinqi siyasi aksiyaya çevirməyə çalışmayacaq. Qarabağ dərdimizi firqə maraqlarından üstün tutmaq hər kəsin vətəndaşlıq borcudur!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir