"Qətiyyən belə deyil"

11:39 03-10-2018 | icon 11 | Siyasət
"Qətiyyən belə deyil"

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, iclası Milli Məclisin vitse-spikeri, komitə sədri Bahar Muradova açaraq İnsan hüquqları komitəsinin fəaliyyəti haqqında məlumat verib.

 

O qeyd edib ki, yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyəti qurumlara göndərilib:

 

"Biz sənədlərin bir çoxunu aidiyyəti üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”.

 

O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib:

 

“Deyirlər, guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir