Biznes strukturları ilə görüş keçirilib

15:06 04-10-2018 | icon 11 | İqtisadiyyat
Biznes strukturları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturlarının nümayəndələri ilə görüş keçirilib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, ölkə iqtisadiyyatının dinamik artımı yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb.

 

Həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan danışan nazir müavini sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı əlilliyi olan şəxslərə üstünlük verildiyini bildirib. M.Kərimli həm məşğulluq, həm də əlilliyi olan şəxslərlə bağlı mövcud qanunvericilikdə sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi məsələlərin əks olunduğunu qeyd edib. O bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması cəmiyyətin yetkinliyinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatımız üçün dəyərli resursdur. Layihədə iştirak edən biznes nümayəndələri korporotiv sosial məsuliyyət prinsipi konsepsiyasını daha da inkişaf etdirməklə, həssas əhali qruplarının nümayəndələrini öz sıralarında artıra və digər şirkətlərə nümunə ola bilərlər.

 

BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi digər layihələrdən fərqli olaraq cəmiyyətin ən həssas təbəqəsini hədəf götürür. O bildirib ki, məqsəd həmin şəxslər üçün məşğulluq imkanlarının artırılmasıdır. B. Aslanbəyli vurğulayıb ki, layihənin Azərbaycanda əlilliyi olan şəxslərin iqtisadi baxımdan cəmiyyətə tam inteqrasiyası üçün tendensiya yaratmaq potensialı var və buna görə də bu layihə BP Azərbaycan şirkəti və layihəni dəstəkləyən digər tərəfdaşlar üçün çox əhəmiyyətlidir:

“Biz Azərbaycanda və dünyada hamı üçün bərabər imkanlar yaratmaqdan qürur duyuruq”.

 

“British Council”ın ölkə üzrə direktoru Samr Şah qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin bacarıqlarını artıraraq onların məşğulluq imkanlarını genişləndirməkdir: "Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində sosial bacarıqlar, kompyuter və ingilis dili üzrə təlimlər həyata keçirilir. Layihədə 81 nəfər əlilliyi olan şəxs iştirak edir".

 

Əlilliyi olan şəxslərin işəgötürülməsi ilə bağlı məlumatlılığın artırılması və iştirakçılar üçün iş və ya iş üzrə təcrübə imkanlarının axtarılması məqsədilə təsis edilmiş işəgötürənlərdən ibarət İcraiyə Komitəsinin üzvləri öz təkliflərini veriblər. Qanunvericiliklə bağlı məlumatlanmanın artırılması, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə əlilliyi olan şəxslərin “uğur hekayələri”nin təbliği, həssas əhali qruplarına mövcud tələblərə uyğun peşə hazırlığının gücləndirilməsi və s. imkanlardan istifadə etməklə layihənin əhatə dairəsini genişləndirmək qərara alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir