“Rusiya tərəfi Xankəndində separatçıları qoruyur”

13:12 31-12-2020 | icon 114 | Siyasət
“Rusiya tərəfi Xankəndində separatçıları qoruyur”

“Belə hərəkətlər Azərbaycanın təhlükəsizliyini təhdid edir”

 

Qarabağda Rusiya sülhməramlılarının nəzarətində gizlənən erməni silahlılarının özbaşınalığı davam edir. Son günlər Azərbayacan tərəfindən axtarışa verilən Araik Arutunyanın Qarabağda erməni əsgərlərinə və Rusiyanın FHN-nin əməkdaşlarına medallar təqdim etməsi birmənalı qarşılanmır.

 

Versus.Az xəbər verir ki, siyasilər məsələyə münasibətlərini bildiriblər.

 

 

 

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, üçtərəfli bəyannamədə Azərbaycan həqiqətən də öz prinsipial mövqeyini saxlayırdı. Amma göründüyü kimi, Rusiyanın sülhməramlılarla bağlı üzərinə götürdüyü öhdəliklər kobudcasına pozulur, hətta Rusiya tərəfi Xankəndində separatçıları qoruyur, onları müdafiə edir:

 

“Araik Haritinyanın, Vitali Balasanyanın dili ilə Azərbaycana qarşı ciddi təhdidlərə rəvac verilir və hesab edirəm ki, bu cür hərəkətlər birbaşa Rusiyanın himayəsi altında edilir. Çünki Rusiyanın icazəsi olmadan belə açıqlamaların verilməsi qeyri-mümkün idi. Rusiya burda erməni hərbi birləşmələrini çıxarmalıdır. Ancaq göründüyü kimi, artıq bu məsələlər Rusiya üçün önəmli deyil. Onun üçün önəmli olan regionda geosiyasi  mövqelərini möhkəmlətmək, erməniləri silahlandırmaq və regionda yeni bir münaqişə ocağını növbəti mərhələyə körükləməkdir. Hesab edirəm ki, Rusiyanın əsas planı budur və ona görə də sülhməramlılar adında sülhü təhdid edən hərəkətə yol verir. Bunun bariz nümunəsi olaraq “arsax FHN-nin” “generalının” Xocalıda Rusiyanın hərbi avtoparkında FHN-nin əməkdaşlarına medal verməsi Azərbaycan üçün qəbuledilməz bir faktdir və Rusiya öhdəsinə götürdüyü öhdəlikləri pozur. Rusiya rəhbərliyi açıq şəkildə öz imzasına hörmət etmir və bu kimi hallar birbaşa separatçıların himayə edilməsinə və tanınmasına gətirəcək bir prosesdir. Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib, Rusiyaya Nota verməlidir. Bu prosesdə Azərbaycan sakit davranır, ola bilər ki, 2021-ci ildə qətiyyətli addım atacaq. Belə hərəkətlər Azərbaycanın təhlükəsizliyini təhdid edir”.

 

 

 

 

 

 

AMİP sədri Arzuaxan Əlizadə bildirib ki, “Qondarma qurumun "rəhbəri" Araik Arutyunyanın rus əsgərlərinə medal paylaması özünün mövcudluğunu göstərmək cəhdi kimi qiymətləndirilməlidir:

 

“Əslində onun bu hərəkətləri Azərbaycanın onlara verdiyi şansı doğru-düzgün anlamadığından xəbər verir. Birmənalı olaraq Azərbaycan dövləti Xankəndində hüqiqi yurisdiksiyasını təmin edəcək. Bu bir aksiomadır. Heç vaxt Azərbaycan özünün ərazisində ikinci bir dövlətin yaranmasına imkan verməyəcək. Hansı dövlətin erməniyə dəstək verməsindən asılı olmayaraq, Azərbaycan dövləti Xankəndində addım-addım inzibati idarəetmə sistemini bərpa edəcək. Sadəcə olaraq bu məsələdə üstün mövqeyimizi möhkəmləndirmək üçün birlikdə yaratdığımız dəmir yumruğu qoruyub saxlamalıyıq. Ola bilsin bu proses bir az uzansın, ancaq nə etməliyik, dövlətçilik üçün il, ay, zaman məsələsi əsas deyil, əsas məsələ prinsipiallıq və haqq uğurunda aparılan mübarizədir. Bu işin də öhdəsindən gələcəyik. Çünki mücadiləmiz haqq davasıdır. Haqq ədalət bizimlə olacaq. Bir dəmir yumruq olaraq Araiklərin bu addımlarını tarixin arxivlərinə göməcəyik”.

 

 

 

 

 

Politoloq Aydın Quliyev bildirib ki, Aratunyanın rus sülhməramlılarına medallar təqdim etməsi faktının rəsmi təsdiqlənməsinə və ya inkar edilməsinə böyük ehtiyac var. Çünki bu fakt sülhyaratma missiyasının davam etməsi və ya ona etimadın tam qırılması məsələsidir:

 

“Məsələ ondadır ki, Arutyunla Rusiya sülhməramlılarının hər hansı rəsmi təması yolverilmızdir, əslində belə təmaslar qondarma qurumun tanınması anlamına gəlir ki, bu da qəti surətdə yolverilməzdir.

 

Maraqlıdır ki, sülhmıramlıların komandanlığının Azərbaycanla hər hansı təmas qurmadan Arutunyanla görüşməsi pozucu birtərəfli fəaliyyətdir. Sülhmramlılar qondarma qurumun tanınması anlamı verə bilən hər cür hərəkətlərdən çəkinməlidir. Rus sülhmıramlıları Qarabağda hər hansı medalı və ya hədiyyəni rəsmi qaydada ancaq Azərbaycan prezidentindən və ya onun mandat verdiyi rəsmi şəxslərdən ala bilər. Rusiya XİN Arutyunyanın sülhməramlılara medallar təqdim edib etmədiyinə rəsmi izahat verməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...