"2021-ci il dövlətimizə sülh, firavanlıq və bol-bol uğurlar gətirsin"

13:50 31-12-2020 | icon 129 | Siyasət
"2021-ci il dövlətimizə sülh, firavanlıq və bol-bol uğurlar gətirsin"

Ehtiram Mehtiyev: "Əlinizə üçrəngli bayrağımızı alıb dünyaya bütövlüyümüzü sübut etdiniz"

 

"Qələbə dolu 2020-ci ili arxada qoyuruq. Necə deyərlər "İndi bütün dünyaya istərəm bəhs edəm qələbəmizdən" ab-havasıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə bu zəfəri bizə yaşadan müzəffər Ordumuza təşəkkür edirik. Onlar bizə qalib xalqın nümayəndəsi olmaq hissini yaşatdılar. Artıq başımızı qürurla dik tuta bilərik".

 
 
Versus.Az xəbər verir ki, bu fikirləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, Milli Məclisdə deputat köməkçisi Ehtiram Mehtiyev bildirib:
 
 
"Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazılır və yeni bir dövr Zəfər dövrü, quruculuq, inkişaf dövrü başlayır. Biz Qarabağımızı yenidən abad edəcək, gülüstana çevirəcəyik. Bu işdə hər birimiz səfərbər olmalıyıq".
 
 
Ehtiram Mehtiyev bütün dünyada yaşayan həmvətənlilərimizə də müraciət edib:
 
 
"Əziz həmvətənlərimiz, Qələbəmizdə sizin də rolunuz oldu. Məhz sizlər yad ölkələrdə yaşaya-yaşaya birlik nümayiş etdirdiniz. İnformasiya müharibəsində fəal iştirak etdiniz. Həmrəy oldunuz, əlinizə üçrəngli bayrağımızı alıb dünyaya gücümüzü, bütövlüyümüzü sübut etdiniz. Düşmənlə qarşılaşanda dəmir yumruğunuzla onların başlarını əzdiniz".
 
 
Deputat köməkçisi xalqa təbrikini ifadə edib:
 
"Əziz həmvətənlər! Sizi 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, hər birinizə virusdan uzaq, sağlam və xoşbəxt həyat arzulayıram. Arzu edirəm 2021-ci il Dövlətimizə sülh, əmin-amanlıq, firavanlıq və bol-bol uğurlar gətirsin! Göz yaşları olmasın.
 
Tanrı Azərbaycanımızı qorusun!
 
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?