Flora Xəlilzadənin 65 illiyi qeyd edilib

17:21 04-10-2018 | icon 40 | Cəmiyyət
Flora Xəlilzadənin 65 illiyi qeyd edilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illiyinə həsr olunmuş mərasim keçirilib.

 

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, professor Cahangir Məmmədli, QHT rəhbərləri, media nümayəndələrinin rəhbərləri və qələm dostları iştirak edib.

 

Versus.Az xəbər verir ki, ədbirdə çıxış edən Əflatun Amaşov qonaqları salamlayaraq, Flora xanım haqqında danışıb. O, Flora Xəlilzadənin böyük ziyalı, jurnalist və dəyərli şairə olduğunu, 22 kitabının işıq üzü gördüyünü xatırladıb.

S.Vəliyeva da Flora xanımı təbrik edərək, onun yaradıcılığından bəhs edib:

 

“Flora xanımın bütün yaradıcılığı ilə tanışam. Flora Xəlilzadə “İctimai” televiziyaya gedəndə illərlə ürəyində yataratdığı arzusunu reallaşdırdı. Məhz dünyadan köçmüş şəxsiyyətləri yeni nəslə tanıtdır. Düşünürəm ki, bunu gənc nəsillər də davam etdirməlidir. Flora xanımın özünəməxsus dəsti-xətti var. Onun yazısında imzası olmasa belə, başlıqdan hiss etmək olur ki, müəllif Flora xanımdır”.

 

KİVDF-nin icraçı direktoru V.Səfərli də Flora Xəlilzadəni təbrik edərək, onun xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırıldığını bildirib:

 

“Bu gün bizim üçün çox əziz gündür. Flora Xəlilzadə imzası hamıya tanışdır. Flora xanım uzun müddət qəzetlərdə, jurnallarda tanışıb. Onun əməyi dövlət tərəfindən, prezident tərəfindən qiymətləndirilib. “Tərəqqi” medalı ilə, Əməkdar jurnalist adı ilə təltif olunub. Eyni zamanda, xidmətləri nəzərə alınaraq, cənab Prezident İlham Əliyev tərəfindən mənzillə təmin edilib. Flora xanım düzü düz, əyrini əyri deyən adamdır. Arzulayıram ki, o, hər zaman belə gənc qalsın”.

 

C.Məmmədli Flora xanımın tələbəlik illərindən dərin ədəbi biliklərə, istedada malik olduğunu deyib:

 

“Onun bütün kitablarına, yazılarına bələdəm. O, ziyalıların həyatını tam araşdırmadan efirə çıxmır. İşinə çox məsuliyyətli, peşəkar şəkildə yanaşır. Onun ailəsini də çox gözəl tanıyıram, ziyalı ailədir”.

 

Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin təbrik məktubunu səsləndirərək, Flora xanıma yaradıcılığında uğurlar arzulayıb.

Daha sonra isə millət vəkili M.İbrahimqizi Flora xanımı təbrik edib:

 

“Flora Xəlilzadənin yazılarını hər zaman sevə-sevə oxuyuruq. O, dəyərli xanımdır, imzası olan jurnalistlərdəndir. Azərbaycan xalqına vurğundur. Onun o qədər xatirələri, yazası sözləri var ki, düşünürəm, kitablarının sayı 22 deyil, 200-ü keçəcək”.

 

Millət vəkili H.Babaoğlu isə onun ədəbiyyata və jurnalistikaya verdiyi töhfələrdən bəhs edib:

 

“Biz günün gərginliyindən qaçıb, ədəbiyyata üz tuturuq. Ədəbiyyat ruhumuzu dincəldir. Bu ədəbiyyatda Flora Xəlilzadə imzası xüsusi yer tutur. Biz orada ədəbiyyatımızın təhlilini görürük, publisistikamızı görürük. Flora Xəlilzadə klassik ədəbiyyatımızı müasir qələmlə yenidən bizə tanıdıb. Bu, heç də sadə iş deyil. O, bir çox redaksiyada çalışdı. Bütün yerlərdə qələmə sadiq qaldığı kimi, doğulduğu yerə - Uruda, Zəngəzura, Şuşaya, Qarabağa sadiq qalıb”.

 

Daha sonra Flora Xəlilzadə çıxış edib: “Məni dünyanı gətirən anamın ruhuna, orta məktəb müəllimlərimə, universitet müəllimlərinin ruhuna dualar oxuyuram. Mən Qərbi Azərbaycan doğulmuşam, ermənilərin hansı dəhşətləri törətdiyini görmüşəm. Anamı ermənilər qətlə yetirdilər. O vaxtdan ad günü keçirməyi sevməmişəm.Bu gün buraya dəyərli insanlar gəlib. Bu, sevgidir. Bu sevgini qazanmaq gözəldir, hər biriniz var olun”.

Qeyd edək ki, Flora Xəlilzadə 40 ildən çoxdur ki, Azərbaycan mətbuatında öz sözünü demiş jurnalistlərdəndir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir