"2021-ci ildə də bütöv olaq, həmrəy olaq"

20:05 31-12-2020 | icon 156 | Siyasət
"2021-ci ildə də bütöv olaq, həmrəy olaq"

Könül İsmayılova: "Arzu edirəm ki, 2021-ci il dövlətimizə daha böyük uğurlar gətirsin"

 

Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

 
 
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
 
 
"Əziz həmvətənlərim!
 
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm!
 
2020-ci il tarixə Ali Baş Komandanın rəhbərliyi ilə qələbə zəfəri ilə yazıldı. COVİD-19 Pandemiyası ilə başladı, itkilərimiz oldu, amma son üç ayı bu problemimizi, üzüntümüzü unutdurdu bizə. Yəni 2020-ci il daha çox Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan ərazilərinin bir hissəsinin erməni vandallardan təmizləməsi ilə yadda qaldı. Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun rəşadəti, xalqımızın birliyi ilə yeddi rayonumuzun işğalçılardan azad edilməsi bu tarixə qırmızı hərflərlə yazıldı.
 
 
Əziz Həmvətənlərim!
 
Arzu edirəm ki, 2021-ci il dövlətimizə daha böyük uğurlar gətirsin. Torpaqlarımız erməni və onların himayəçiləri olan rus əsgərlərindən təmizlənsin. Məcburi köçkünlərimiz könül rahatlığı ilə yurd-yuvalarına qayıtsın.
 
 
Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə cansağlığı arzulayıram. Şəhid ailələri, övladları başımızın tacıdır! Onlara ömürboyu borcluyuq.
 
 
Bütöv olaq, həmrəy olaq, güc birlikdədir".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?