Naqif Həmzəyevin Vətən müharibəsi qaziləri ilə görüşləri davam edir

15:10 01-01-2021 | icon 69 | Cəmiyyət
Naqif Həmzəyevin Vətən müharibəsi qaziləri ilə görüşləri davam edir

Milli Məclisin deputatı Naqif Həmzəyev torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları,şəhid ailələri ilə mütamadi görüşür, onların qayğıları ilə maraqlanır.

 

Millət vəkili növbəti dəfə Şuşa və Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edərək ağır yaralanmış qazimiz Hüseynov Əli Akif oğlunu ziyarət edib.

 

“Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu. Möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə hər birimiz fəxr edirik”- deyə millət vəkili bildirib.

 

Naqif Həmzəyev ölkəmizin əldə etdiyi qələbə münasibəti ilə qazimizi təbrik edib, göstərdiyi qəhrəmanlığa görə təşəkkürünü bildirib.

 

Səmimi keçən söhbət zamanı qazimiz Azərbaycan ordusunu qələbəyə çatdıran döyüş təsüratlarını bölüşüb, xatirələrini danışıb, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünün, xalqımızın birliyinin təsdiqi olduğunu deyib.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Şuşada yeni yarımstansiya tikilir

Azərbaycanda yeni agentlik YARADILIR