6 otaqlı evdə yanğın olub


Bakı şəhərinin Sabunçu rayonunda mənzildə yanğın olub.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 102 m² olan birmərtəbəli, 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Xəbər lenti

Şuşa uğrunda şəhid olan çavuş
DİN-in Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olan çavuşu Orxan Mirzəyev