Xəyalın Vətənə oğul olmaq arzusu çin oldu

09:33 04-01-2021 | icon 72 | Şəhidlər və şahidlər
Xəyalın Vətənə oğul olmaq arzusu çin oldu

Bayraq sevdalısı son mənzilə bayrağa bükülərək getdi

 

"Oğul düşmən çəpəridir" - deyib babalarımız.. Sınaqlardan keçib gəlmiş bu deyim igidlərimizin tarixən yağı düşmənə canı ilə sipər olub, Vətən yaşatmaları üçün zəmin yaradıb. Vətənə çəpər olmaq üçün doğulub, böyüyən oğulların Vətən sevgiləri bütün sevgilərdən daha müqəddəs, daha ülvi olub hər zaman. Bu sevgi 44 günlük Vətən müharibəmiz dönəmində bir daha özünü qabarıq nümayiş etdirdi. Analarının südü ilə damarlarına axmış, Qarabağsız Qarabağ sevgisi ilə doğulanlar bu sevgini əməllərində isbat etdi...

 

Qanlarıyla Vətən tarixi yazanlar isbat etdi ki, Vətən necə sevilər, isbat etdi ki, Vətən necə qorunar, isbat etdi ki, Vətən necə yaşayar.. Canını Vətənə qurban edənlər müqəddəs missiyalarını ölümsüzlük qazanaraq əbədi Vətən göylərindən onu qorumağa köklədilər. 2823 parlaq ulduz əbədi olaraq Vətən topağına şölə saçmaq üçün səmalarda məskunlaşdı. 2823 ulduz Qarabağın səmasını çırağban etdi..

 

Əbədi parlayacaq Vətənin ulduzu olanlardan biri də Şəhid Balakişiyev Xəyal Müseyib oğludur. Xəyal Balakişiyev 1994-ci il oktyabrın 17-də Bakı şəhərində doğulmuş, orta təhsilini Yasamal rayonundakı Həzi Aslanov adına orta məktəbdə başa vurmuşdu. O, hərbi xidmətini Ağdam-Füzuli istiqamətində - düşmən səngəri ilə üzbəüz tamamlamışdır.

 

Xəyal Baş çavuş idi. Hərbi xidmətdən qayıtdıqda özü ilə gətirmiş bayrağı ürəyinin başında gəzdirirdi. Bayraq sevdalısı idi və elə son mənzilə bayrağa bükülərək getdi.

 

Xəyal Balakişiyev XXI-ci əsr beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin əməkdaşı idi. O, Vətən müharibəmiz başlandıqda könüllü olaraq cəbhədə döyüşmək üçün yazılmışdı. Xəyalın anası Nazimə xanım: "İşdən çıxdıqda hər gün hərbi komissarlığa gedir, tez aparılması üçün təkid edirdi. Məni niyə aparmirlar axı? ... Onun kompyuterində, telefonunda Müdafiə Nazirliyə dəfələrlə ünvanlanmış məktublar var". "O məni canından artıq istədiyi üçün məni yox, anasının anası olan Vətənini seçdi"- deyən Nazimə xanım sözünə davam edir: "Oktybrın 4-dən 5-ə keçən gecə saat 2.30-da telefonuna zəng gəldi, cəmi 6 dəqiqəyə hazırlaşdı" Qarabağı kitablardan oxuyan, filmlərdən izləyən Xəyal onun müdafiəsinə qatıldı. Anası Nazimə xanıma "Vətən səndən irəlidir", atası Müseyib kişiyə "Vaxt gələcək sən mənimlə fəxr edəcəksən" deyən Xəyal döyüşlərdə düşmənə qarşı qəhramanlıqla vuruşdu. Xidmətə qatılmazdan öncə sosial şəbəkə hesabında "Mən bu günləri nə qədər gözləmişəm Tanrım!"- deyən Xəyalın ən böyük arzusu - Vətənə oğul olmaq arzusu çin oldu.

 

Xəyal Milli Ordu sıralarında Baş Atıcı olaraq döyüşlərdə fəal iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan minomyot zərbəsi nəticəsində 25 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhadətə yüksəlmişdir.

Xəyal cəbhədə olarkən - oktyabrın 17 -i 26 yaşı tamam olmuşdu. Anası Nazimə xanım onun üçün sovqat göndərmək istəyini bildirəndə, Xəyal - "ana, mən ad günümü inşallah Şuşanı azad edəcəyimiz gün qeyd edəcəm" - demişdi.

 

Nazimə xanım müsahibələrində: - "Hər il Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də balamın ad gününü qeyd edəcəm" - deyir... "Oğlumun arzuladığı bütöv Azərbaycanı ziyarət edəcəm" deyən ana oğlunun şəhid olduğunu bilsə də, cəbhədə əsgərlərə sovqat göndərib və məktub da yazıb: "Mənim əziz əsgər oğullarım! Mən şəhid Balakişiyev Xəyalın anasıyam. Bu kiçik sovqatı Sizə oğlumun adından göndərirəm. Allaha əmanət olun! Oğlumun qanının yerdə qalmayacağına inanıram! Zəfərlə qayıdın inşallah!"

 

25.10.2020" Canı ilə Vətən torpağına sipər olan qəhrəman 27 Oktyabr 2020-ci ildə Bakı şəhərində Qurd Qapısı şəhidliyində torpağa tapşırılmışdır.

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Xəyal Balakişiyev ölümündən sonra "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

Məqamın qarşısında baş əyirəm, qəhrəmanım.

Mehriban Sadıqova
/Filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"