“Hədəfim daha iddialı komandaya keçməkdir”

11:52 04-01-2021 | icon 29 | İdman
“Hədəfim daha iddialı komandaya keçməkdir”

“Azərbaycana gələnədək bu ölkənin futbolu barədə heç nə bilmirdim. Amma “Sumqayıt”a keçdikdən sonra ölkəyə və onun futboluna baxışım dəyişdi”.

 

Bu fikirləri Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Əli Qurbani “varzesh3.com” saytına müsahibəsində Azərbaycan futbolundakı ümumi vəziyyət barədə danışarkən deyib.

 

İranlı hücumçu Premyer Liqada çıxış edən klubların ölkəsinin bir çox komandasından daha yaxşı şəraitə malik olduğunu bildirib:

 

“Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma Azərbaycan klubları Çempionlar Liqası və Avropa Liqasında oynayırlar. Komanda tapa bilməyən oyunçuların məcburiyyətdən bu çempionata gəlməsi fikri yanlışdır”.

 

30 yaşlı forvard ötən yay ciddi təkliflər aldığını söyləyib:

 

“Sepahan”la 1 illik müqaviləm var idi. Komandada qala bilərdim. Eyni zamanda, yerli komandalardan konkret təkliflər də almışdım. Amma mən özümü daha yaxşı göstərmək üçün dəyişiklik etmək qərarına gəldim. “Sepahan”la müqaviləmdə belə bir bənd var idi ki, müqaviləni yalnız ölkə xaricindən təklif gələcəyi halda poza bilərəm”.

 

“Sumqayıt”ın mövsümün ilk yarısındakı çıxışını dəyərləndirən təcrübəli oyunçu son oyunlardakı uğursuzluğu öz zədəsi ilə əlaqələndirib:

 

“Dizimdən zədə alanadək komanda yaxşı formada idi. Turnir cədvəlinin zirvəsində qərarlaşmışdıq. Hər şey əla gedirdi. Təəssüf ki, zədədən sonra 4-5 matçda uğurlu nəticə qazana bilmədik. Hazırda 4-cü sırada yer alırıq”.

 

Qurbaninin sözlərinə görə, Premyer Liqa futbolçunun özünü göstərməsi baxımından yaxşı çempionatdır:

 

“Bu liqanı izləyirlər. Burada özünü göstərmək imkanın daha genişdir. Futbolçu yaxşı səviyyədə çıxış edirsə, ona daha iddialı klublardan təkliflər gəlir. Açığı, İrana qayıtmaq barədə düşünmürəm. Ümid edirəm ki, növbəti mövsümdən daha prestijli liqada və güclü komandada çıxış etmək üçün yayadək yaxşı oynayıb, qollarımın sayını artıracağam. Bilirsiniz ki, Slovakiya çempionatında da oynamışam. Hətta Avropa Liqasında fərqlənmişəm. Hədəfim daha iddialı komandaya keçməkdir”.

 

Futbolçu “Zamanı geri qaytarmaq mümkün olsaydı, Azərbaycan millisində oynamaq təklifini qəbul edərdiniz?” sualına isə cavab vermək istəməyib:

“Bağışlayın, bu barədə danışa bilmərəm”.

 

Qeyd edək ki, 2020/2021 mövsümünün əvvəlindən “Sumqayıt”da çıxış edən Əli Qurbani Premyer Liqada 6 qol vurub. /Report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"