Komitə sədri şəhid Xudayarın qardaşı ilə görüşdü

15:37 04-01-2021 | icon 54 | Cəmiyyət
Komitə sədri şəhid Xudayarın qardaşı ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Xudayar Yusifzadənin qardaşı ilə görüşüb və "qəhrəman qardaşınızla bütün azərbaycanlılar qürur duyur" deyib. 

 

Versus.az xəbər verir ki, MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bərdə rayon sakini, Vətən Müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə ilə görüşüb.

 

Komitə sədri deyib ki adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin və onun silahdaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub:

 

"Xudayar Azərbaycan Respublikasının ali ordenlərindən olan "Azərbaycan Bayrağı"na layiq görülüb. Qəhrəman şəhidimiz həmçinin “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Artıq məşhur "Vətən yaxşıdır" mahnısı əsasında, sənətçilərimiz tərəfindən Xudayarın şərəfinə "Xudayar təsnifi" hazırlanaraq yayılıb.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü­nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid ailələrinin üzvlərisiz.

Sizə çox minnətdarıq!

Sizi, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimizi yetirirəm"!

 

Q.Paşayeva M.Yusifzadəyə üzərində "Şuşa Azərbaycandır" yazılmış qol saatı hədiyyə edib. Həmçinin, Mədəniyyət Komitəsi adından, şəhidin anası Radə xanım Qurbanovaya ünvanlanmış Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatını M.Yusifzadəyə təqdim edib.

 

M.Yusifzadə səmimi görüş üçün təşəkkür edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ