Qənirə Paşayeva və Arzu Bağırovanın Şəhid ailələri ilə görüşləri davam edir

16:42 04-01-2021 | icon 50 | Cəmiyyət
Qənirə Paşayeva və Arzu Bağırovanın Şəhid ailələri ilə görüşləri davam edir

Növbəti görüş qəhrəman şəhidimiz Əli Seyran oğlu Nəcəfovun ailə üzvləri ilə oldu

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Tüklə kənd sakini, şəhid əsgər Əli Seyran oğlu Nəcəfovun ailə üzvləri ilə görüşüb.

 

Qənirə Paşayeva şəhid ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvlərisiz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid ailələri haqq edirsiz. Sizə çox minnətdarıq! Əlinin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik. O, artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Biz bilirik ki, Əli həqiqi hərbi xidmətdə olan əsgər kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib, öz şücaəti iləs eçilib. Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirən Əli, oktyabrın 20-də düşmənin snayperindən açılan gülləyə tuş gəlib. Əli Nəcəfov Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. O, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib. Əli kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Şəhidimizin əziz ailə üzvlərinə tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ