Mikelancelonun “David”inin ən dəqiq surəti yaradılacaq - FOTO

12:28 05-01-2021 | icon 17 | Mədəniyyət
Mikelancelonun “David”inin ən dəqiq surəti yaradılacaq - FOTO

Mikelancelonun “David” heykəli, “Expo” Ümumdünya Sərgisində İtaliyanın əsas simvolu olacaq. Sərgi Dubayda “Florensiya Gözəl Sənətlər Akademiyası”nın Qalereyasında nümayiş olunacaq.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə muzeyin direktoru Sesiliya Hollberq  bildirib.

 

Çılpaq “David”in təsvir olunduğu heykəl gənc Mikelancelo tərəfindən nəhəng bir karrara mərmər blokundan hazırlanıb. 1504-cü ildə heykəl Florensiyanın mərkəzində quraşdırılıb və tezliklə Florensiya Respublikasının simvolu olub. Heykəl 5 metr 17 santimetr hündürlükdə və 5,6 ton ağırlığındadır. Yağıntıların və küləyin təsirlərindən qorumaq üçün heykəl 1873-cü ildə Avropada ilk rəsm akademiyasının – “Florensiya Gözəl Sənətlər Akademiyası”nın binasına köçürülüb.

 

Təbii ki, Mikelancelonun şah əsərinin Dubaya göndərilməsindən söhbət gedə bilməzdi, buna görə də elmin son nailiyyətlərindən istifadə edərək dünyanın ən dəqiq heykəl nüsxəsini yaratmaq fikri ortaya çıxıb.

Bu təkliflə İtaliyanın “Expo”dakı Komissarı Paolo Glisenti və milli pavilyon layihəsinin müəllifi Davide Rampello Akademiya Qalereyasının Direktoruna müraciət ediblər.

 

“David”in surətini çıxarmaq prosesi üç mərhələyə bölünə bilər. Bunlardan birincisində lazer skanerlərdən istifadə edərək heykəlin ən dəqiq rəqəmsal modeli yaradılacaq. Sonra bütün toplanmış məlumatlar ümumiləşdiriləcək və təsdiqlənəcək. Bunların əsasında dünyanın ən böyük 3D printerlərindən birini istifadə edərək, ən dəqiq nüsxəsi “yazdırılacaq”. İşin son, üçüncü mərhələsində, nüsxənin hər hissəsinə Florensiya sənətkarları “əl gəzdirəcək”.

 

“David”in “Expo”da İtalyan pavilyonunun mərkəzindəki səkkizguşəli “Yaddaş Teatrı”nda quraşdırılacağı gözlənilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...