Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb?

12:54 05-01-2021 | icon 24 | Cəmiyyət
Şəhidə niyə qəbirüstü abidə qoyulmayıb?

Ötən gündən etibarən sosial şəbəkələrdə oktyabrın 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilmiş şəhid İsmayılov Orxan Qədim oğlunun qəbirüstü abidəsinin hələ də qoyulmaması məsələsi müzakirə edilir. 

 

Məsələ ilə bağlı Qusar rayon icra başçısının ictimai-siyasi məsələlər üzrə müavini Elman Mustafayev bildirib ki, rayonda şəhidlərin məzar daşlarının hazırlanması prosesinə dekabrın 5-dən başlanıb: 

 

“Həmin tarixdən etibarən başdaşları sifariş verilib. Rayona sonuncu, 32-ci şəhid keçən həftə gəlib. 32 şəhidin hamısının qəbirüstü abidələri sifariş verilib. Onlardan 5-nin artıq mərməri qoyulub. Yerdə qalanların da beton işləri yekunlaşıb. Digərlərinin də qəbirüstü abidələri yanvarın 18-nə kimi hazır olacaq. Hər bir şəhid ailəsinə abidələrin ilkin variantları göstərilib. Onların istəyinə uyğun olaraq məzar daşları hazırlanacaq. 

 

Həmin şəklə baxan adam görür ki, məzara beton hissə vurulub, deməli, abidə hazırlanır. Bunu xüsusi ajiotajla ictimailəşdirmək düzgün deyil. Prosesin gec başlamasına səbəb isə odur ki, abidələrin hamısının bir qaydada olmasını istədik. Ona görə də sifarişləri bir adama verdik. Heç kimin, o cümlədən də dövlət məmurlarının şəhidə hörmətsizlik etməyə haqqı çatmır. Bizim bir nömrəli borcumuz onların qayğıları ilə məşğul olmaqdır”. /“Qafqazinfo”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Siyavuş Novruzov üzr istəməlidir"