Millimizin daha iki aparıcı üzvü ilin ilk yarışına gedə bilməyəcək

13:01 05-01-2021 | icon 32 | İdman
Millimizin daha iki aparıcı üzvü ilin ilk yarışına gedə bilməyəcək

Cüdo üzrə 2021-ci ilin ilk yarışı olacaq Masters turnirində Azərbaycan millisinin daha iki aparıcı üzvü iştirak edə bilməyəcək.

 

Bunlar son Avropa çempionatının mükafatçısı Məmmədəli Mehdiyev (-90 kq) və dünya çempionatının medalçısı gürcüstanlı legionerimiz Uşanqi Kokauridir (+100 kq).

 

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun məlumatına görə, hər iki idmançının zədəsi olduğundan, son anda onların adları turnirin iştirakçılar siyahısından çıxarılıb.

 

Xatırladaq ki, daha əvvəl aparıcı üzvlərimizdən Rüstəm Orucov (-73 kq) və Hidayət Heydərovun (-81 kq) bu yarışa gedə bilməyəcəyi müəyyən olunmuşdu.

 

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları qazandıran Masters turniri Qətərin paytaxtı Dohada keçiriləcək.

 

11-13 yanvar tarixlərində baş tutacaq yarışda dörd kişi və üç qadın idmançımız mübarizə aparacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?