Anar Kərimov Mədəniyyət naziri təyin edildi

15:36 05-01-2021 | icon 56 | Mədəniyyət
Anar Kərimov Mədəniyyət naziri təyin edildi

Prezident İlham Əliyev Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

 

Bununla bağlı Prezidentin rəsmi saytı məlumat yayıb. 

 

Bu sərəncamla “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli 2163 nömrəli Sərəncamı ləğv edilib. 

 

Dövlət başçısının digər sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.

 

Qeyd edək ki, Anar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

 

Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlayıb. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.

 

23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

 

Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin olunub, eyni zamanda ona Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

 

2019-cu il avqustun 1-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Şuşada yeni yarımstansiya tikilir

Azərbaycanda yeni agentlik YARADILIR