“Yuventus” Milana yollanmaqdan imtina etdi


İtaliya A seriyasının “Milan” - “Yuventus” oyunu təxirə düşə bilər.
Bu barədə “Football Italia” nəşri məlumat yayıb.
Belə ki, “Yuventus”un iki futbolçusunda (Aleks Sandro və Xuan Kuadrado) koronavirusun aşkar edilməsindən sonra rəhbərlik Milana yollanmaqdan imtina edib.
Qeyd edək ki, Turin klubunun argentinalı hücumçusu Paulo Dibalanın da bir gün əvvəl yüksək temperaturu olub.
Rəhbərlik klub daxilində koronavirus infeksiyasının geniş yayılmasından narahatdır.
Xəbər lenti

Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi
Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir