Azərbaycan xüsusi dronlar alacaq

11:08 06-01-2021 | icon 20 | Cəmiyyət
Azərbaycan xüsusi dronlar alacaq

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır.

 

Bunu “Sputnik Azərbaycan”a ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib.

 

“Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq. Eləcə də, dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək, bəzi parametrləri əlavə etmələrini istəmişik”, - İsmayılov deyib.

 

PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir.

 

Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb. 

 

Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil, çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş ərazilərini minalardan təmizləməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR