Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılanıblar - FOTO

11:17 06-01-2021 | icon 25 | Cəmiyyət
Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılanıblar - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, möhtəşəm zəfərimizin qəhrəmanları sırasında yer alan Nizami Hüseynli, Fərhad Allahverdizadə, Arzu Şükürov, Xəqani Hüseynov və Kamil Balakişiyev ordudan tərxis olunaraq mülki həyatlarına qayıdıblar. 

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Nazirliyin kollektivi iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə onlardan Nazirliyin Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi, baş leytenant Nizami Hüseynli üç medalla - “İgidliyə görə” “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ordudan tərxis olunan əməkdaşlara tarixi zəfərimizin qazanılması uğrunda hərbi əməliyyatlarda iştirak edərək göstərdikləri şücaətlərə görə təşəkkür edib, gələcək həyatlarında uğurlar arzulayıb.

 

Ümumilikdə nazirlik sistemindən 81 əməkdaş səfərbərlik əsasında İkinci Qarabağ müharibəsində iştirak edərək, tarixi zəfərimizin qazanılmasına töhfələrini verib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?