“Onları öz silahları ilə məhv etdik” - FOTO

19:12 06-01-2021 | icon 57 | Şəhidlər və şahidlər
“Onları öz silahları ilə məhv etdik” - FOTO

Azərbaycan öz ərazi bütövlüyünü 44 gün ərzində təmin etdi. Bu müddət ərzində xalq öz qəhrəmanlarını tanıdı. Vətən müharibəsinin daha bir qəhrəmanı isə Hacıqabul rayon sakini Qasımov Xalid Əliş oğludur.

 

 

44 gün davam edən döyüşlərdə qəhrəmancasına vuruşan 29 yaşlı X.Qasımov Cəbrayıl, Hadrut, Şuşa və Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Söhbət zamanı qazimiz sentyabrın 21-dən hərbi təlimlərdə iştirak etdiyini deyib:

 

 

“Sentyabrın 21-də hərbi komissarlıq könüllü müraciətimi qəbul edərək məni hərbi təlimlərə göndərdi. Təlimlərdən sonra ilk olaraq sentyabrın 27-də Hadrut istiqamətində gedən döyüşlərə qatıldım. Ən çətin döyüşlərimizdən biri məhz burada oldu. Növbəti istiqamətimiz Cəbrayıl oldu.

 

Cəbrayılın Nüzgar kəndi istiqamətində düşmənin mövqelərini hədəf aldıq. Bizim dəstəmiz döyüş zamanı düşmənin postuna daxil oldu. Orada elə erməninin öz silahı ilə əlbəyaxa döyüşdə altı erməni əsgərini məhv etdik. Postu ələ keçirdikdən sonra növbəti istiqamət üzrə verilən döyüş tapşırıqlarını həyata keçirmək üçün irəlilədik”.

 

 

X.Qasımov mənfur düşmənlərin xaincəsinə qurduğu mühasirədən çıxmağı haqqında da danışdı:

 

 

“İrəli getdikcə düşmən mühasirəsinə düşdük. Döyüş yoldaşlarımız arasında yaralanan və şəhid olanlar oldu. Mən də çənəmdən və qolumdan qəlpə yarası aldım. Ağır yaralansam da, döyüşə davam etdim. Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qədər vuruşdum. Hətta yaralı halda Laçın uğrunda da döyüşdük. Vətənə borcumuzu layiqincə yerinə yetirdik”.

 

 

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, X.Qasımov “Cəbrayılın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. /oxu.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

AĞLAMA, QƏRƏNFİLİM…

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"