“Bu hal baş verərsə, Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir”

19:37 06-01-2021 | icon 42 | Siyasət
“Bu hal baş verərsə, Azərbaycan Laçın dəhlizini bağlayacağını elan etməlidir”

Məhəmməd Əsədullazadə: “Qarabağda separatçı rejimə yaşıl işıq yandıran əsas katalizator Moskvadır”

 

“Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın dövlət sərhəddini pozaraq Xankəndinə gəlməsi rəsmən Ermənistanın Azərbaycana qarşı separatizmə dəstək verməsidir. Ayvazyanın Xankəndində separtçıların "XİN" rəhbəri David Babayanla memorandum imzalaması, 10 noyabr üçtərəfli Bəyannaməyə ziddir.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq hesab edir ki, Qarabağda separatçı rejimə yaşıl işıq yandıran əsas katalizator Moskva tərəfidir. Onun sözlərinə görə, əgər, Ermənistan tərəfi yenidən Xankəndində separataçılara dəstək verəcəksə, azərbaycanlıların bu ərazilərə köçməsi mübahisəlidir:

 

“Göründüyü kimi, Azərbaycanın dövlət sərhəddini keçərək Azərbaycan ərazisinə daxil olan qonşu ölkənin naziri birbaşa Azərbaycan əleyhinə fəaliyyətə dəstək verir. İlk növbədə Azərbaycan Rusiya və Ermənistana Azərbaycan əleyhinə qarşı yönəlmiş belə bir səfərlərə qarşı kəskin bir mövqe tutacağını bəyan etməlidir. Əgər Ermənistan belə bir siyasəti davam etdirəcəksə, bu ölkə ilə sülh müqaviləsi və əlaqələrin normallaşdırlamasına getməyəcəyini bəyan etməlidir. Burada "Mehri" dəhlizi istisna olmaldıır. Çünki "Mehri" dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olacaq”.

 

M.Əsədullazadə bildirib ki, Azərbaycan rəsmi Moskvanın diqqətinə çatdırmalıdır ki, Ermənistan rəsmilərinin Qarabağa səfərinin qarşısını alsın:

 

“Əgər qarşısını ala bilmirsə, bu, gələcəkdə yeni münaqişəyə gətirəcək və rəsmi Yerevanın Azərbaycan ərazisində separtizmi dəstəkləyən kimi qəbul ediləcək və Dəhlizi bağlayacaq. Əgər bu kimi səfərlərin qarşısı alınmasa, baş nazir Nikol Paşinyan Xankəndinə gələrək növbəti dəfə avantürüst açıqlamalar verə bilər. Bu, bir dövlət rəhbərinin digər ölkə ərazisinə qanunsuz keçib separtizmə dəstək verməsi deməkdir. Təbii ki, belə bir ssenari Moskvada hazırlanır və Rusiya Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında maraqlı deyil. Dövlət başçısı İlham Əliyev Türkiyə ilə birgə təbii ki, belə bir planların qarşısnı ala bilər”.

 

Politoloq qeyd edib ki ki, Laçın Dəhlizi Azərbaycanın ərazisidir və buradan sabah silah-sursat və digər lojistik təminatlar Ermənistan ərazisindən keçirilib, Azərbaycana qarşı təxribatlara getməsi mümkündür:

 

“Artıq Dağlıq Qarabağda separtçılar özlərini rahat hiss edir və onlara bu imkanı Rusiyanın buradakı sülhməramlı qüvvələri şərait yaradır. Bu, çox təhlükəli bir prosesdir və ölkəmizə qarşı təzyiqlərin formalşadırlmasına hesablanıb. Azərbaycan hakimiyyəti qətiyyətli şəkildə bu təxribatların qarşısını almalı, erməni silahlı terrorçularına qarşı əməliyyatları Xocavənd, Ağdərə ərazisində keçirməli, Ermənistan rəsmilərinin Xankəndiyə səfəri baş verərsə, Laçın dəhlizini bağlayacağını elan etməlidir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

AĞLAMA, QƏRƏNFİLİM…

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Şuşada yeni yarımstansiya tikilir