Musiqiçini öldürüb meyitini zibilliyə atdılar


Türkiyənin Bingöl vilayətində toy musiqiçisi Denizli Ayaz 4 gün əvvəl yoxa çıxıb.
“Haber Global” məlumat verir ki, 35 yaşlı beş uşaq atası D.Ayazdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb.
Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində cəsəd olduğunu görüblər.
Polis həmin cəsədin D.Ayaza aid olduğunu müəyyən edib.
Məlum olub ki, onu dörd dəfə atəş açaraq qətlə yetiriblər.
Xəbər lenti

Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir - VİDEO
Müraciətlər dinlənilib, vətəndaşları narahat edən problemlərdən danışılıb