Şəhidin həyat yoldaşının köməyə ehtiyacı var - FOTO

09:33 07-01-2021 | icon 60 | Cəmiyyət
Şəhidin həyat yoldaşının köməyə ehtiyacı var - FOTO

Birinci Qarabağ müharibəsi şəhidinin ailəsinin köməyə ehtiyacı var.

 

Versus.Az xəbər verir ki, bu barədə şəhidin oğlu Yadigar Nadirov məlumat verib.

 

26 yaşlı şəhid övladı deyir ki, anasının vəziyyəti ağırdır:

 

“Neçə ildir anam Nadirova Gülnarə Əliağa qızı ağır müalicələr alır. Anam demək olar ki, sistemlə yaşayır. İnfarkt keçirib və daha sonra beyninə qan sızıb. Həkimlər əllərindən gələni etsə də, anam danışıq qabiliyyətini itirib. Müalicələrin davam etməsinə maddi gücümüz çatmadığı üçün bankdan kredit götürdük.

 

Lakin əlimizdən gələni etsək də, bu dəfə də böyrək çatışmazlığı yarandı. Həkimlər əməliyyatla onun sağlamlığının bərpa oluna biləcəyini deyir. Bizim isə bu müalicələri davam etdirməyə maddi imkanımız qalmayıb. Sizdən çox xahiş edirəm anama kömək edin. Atam Birinci Qarabağ müharibəsində şəhid olub. Mən isə əlimdən gələni edirəm. Aidiyyəti orqanlardan anamın sağlamlığına qovuşması üçün kömək istəyirəm”.

 

Aşağıda qoyulan bank hesabı vasitəsilə xanıma kömək edə bilərsiniz: /Oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"