Türkiyə NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu"

10:38 07-01-2021 | icon 33 | Geopolitika
 Türkiyə NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu"
Türkiyə əsl qiymətini aldı və NATO-nun ən mühüm qurumunun komandanı təyin olundu.
Şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35-ləri türk səmasında görmək nə xoş olardı!
 
Versus.az xəbər verir ki, bunu Prezident Aparatının keçmiş rəhbəri Əli Həsənov bildirib.
 
Ə.Həsənov özünün sosial şəbəkə hesabında mövcud məsələ ilə bağlı apardığı təhlillərdə bildirib ki, Türkiyənin 2021-ci il yanvarın 1-dən Almaniyanın (2019) və Polşanın (2020) ardından NATO-nun Çevik Hərbi Müdaxilə Qüvvələrinin (VJTF) Komandanlığını öz üzərinə götürməsi xəbəri artıq KİV-lərdə yayılmışdı.
 
VJTF bütövlükdə NATO-nun Hərbi Müdaxilə Qüvvələrinin ən çevik hissəsi hesab olunmaqla, yüksək hərbi hazırlıqlı Birgə Xüsusi Qüvvələr Komandanlığının 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasından təşkil edilmişdi. VJTF tərkibinin 2/3-si (4200 nəfər) Komandanlığı qəbul edən ölkənin hərbi qulluqçuları və əsgərlərindən seçilməklə, qalan əsgərləri NATO üzvü olan digər ölkələrdən- ABŞ, Albaniya, Macarıstan, İspaniya, İngiltərə, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya və Slovakiyadan olmaqla cəmi 6 min 400 nəfərdən ibarət elitar hərbi qüvvələrdən təşkil olunub. 
 
VJTF NATO-nun ən son model hərbi zirehli texnikası, tank əleyhinə raketlər, haubitsalar və digər xüsusi hərbi texnika ilə təchiz edilib.
 
Ə.Həsənov qeyd edib ki, VJTF Rusiyanın 2014-cü ildə “Krıma müdaxilə və Ukraynanın suveren hüquqlarını məhdudlaşdıran digər fəaliyyətləri”nin ardından və həmin dövrdə Yaxın Şərqdə yaşanan bir çox iğtişaşlar da daxil olmaqla NATO sərhədləri ətrafında tez-tez dəyişən təhlükəsizlik mühitini idarə etmək məqsədilə 2014-cü ildə Uelsdə keçirilən NATO dövlət və hökumət başçılarının zirvə toplantısında yaradılıb.
 
"Əksər Türkiyə rəsmiləri- Prezidentdən Müdafiə və Xarici İşlər nazirinə qədər hər bir yüksək ranqlı məmur 10 noyabr atəşkəs sazişinin bağlanmasından sonra dəfələrlə Azərbaycanın arxasında sona qədər dayanacaqlarını heç bir tərəddüd etmədən bəyan edirlər.  Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarına hər hansı təhlükə yaranacağı təqdirdə rəqiblərin bu məkanda qəhrəman türk əsgəri ilə qarşılaşacağını qətiyyətlə ortaya qoyurlar. Sevindirici hal odur ki, türk siyasi və hərbi elitasının Azərbaycana verdiyi birmənalı dəstək fonunda və Dağlıq Qarabağda bərabərhüquqlu sülhyaratma missiyasi ilə ruslarla yan-yana fəaliyyət göstərməsinə bəzi qüvvələrin ciddi maneçilik törətdiyi bir məqamda, kimlərinsə rəsmi Ankaranı bacardıqca Cənubi Qafqazdan uzaq tutmaq siyasəti qarşısında, qlobal dünya gücləri Türkiyə ordusuna və tütk generallarına Şimali Atlantika Blokunun ən nizami və çevik hərbi müdaxilə qüvvələrinin komandanlığını həvalə etdi. Bu o deməkdir ki, Şimali Atlantika Bloku rəsmi Ankaraya özünün çox böyük inamını və etimadını nümayiş etdirərək, NATO-nun ən elitar və çevik güc mərkəzini Türkiyə Cümhuriyyətinə tapşırdı. Bu həm də o deməkdir ki, Avropa və Asiyada, regionda və dünyada kimin nə planlamasından və etməsindən, Ankara və Qərb arasında hansı qarşıdurma toru qurmasından asılı olmayaraq, Türkiyə Qərb düşərgəsində qalır və Qərb ölkələri ilə münasibətlərini dərinləşdirmək xəttini davam etdirəcəkdir. Avropa və ABŞ-da indiyə qədər qəbul olunmuş, yaxud qəbul olunmasına cəhd edilmiş bütün antitürk sanksiyaları tədricən aradan qalxacaq və qardaş Türkiyə yenidən Avropanın, dünyanın sayılı-seçili ölkələrindən birinə çevriləcəkdir. Hətta, yaxın zamanlarda şturvalı arxasında türk pilotunun əyləşəcəyi F-35 qırıcılarını Aralıq dənizi sahillərində və türk səmasında uçan görsəniz heç də təəccüblənməyin".
 
Ə.Həsənovun apardığı təhlillərə görə, ABŞ və Avropanın əksər hərbi sanksiyalarını aradan qaldıraraq, Türkiyəyə lazım olan alternativ hava qüvvələrindən müdafiə sistemlərini veriləcəyi də artıq kimsədə şübhə doğurmamalıdır.
 
"Göründüyü kimi, Türkiyə Ulu Atatürkün müəyyən etdiyi demokratik inkişaf və avrointeqtrasiya siyasətini bundan sonra da davam etdirmək əzmindədir. Bunu bu günlərdə qətiyyətlə və inamla Türkiyə Cumhuriyyətinin Prezidenti və türklərin hazırkı şəksiz-şübhəsiz lideri R.T. Ərdoğanın özü bəyan etdi. O, söylədi ki, bəzi xarici və daxili qüvvələrin maneçiliyinə baxmayaraq, Türkiyə öz gələcəyini Qərblə inteqrasiya siyasətində görür və bu istiqamətdə bizi həm də ölkə daxilində çoxsaylı islahatlar, o cümlədən demoktarikləşmə sahəsində islahatlar gözləyir. Görünən odur ki, Türkiyə həm NATO ilə, həm də Avropa Birliyi və ABŞ-la əvvəlki tərəfdaşlıq münasibətlərini tam bərpa etmək istəyir və inşAllah buna nail olacaqdır!
 
Əlbəttə, bütün bunlar həm də bizim ölkənin mövqelərini dünyada və regionda möhkəmləndirəcək. Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da heç zaman Azərbaycanı çətin problemlər qarşısında tək buraxmayacaq, qlobal və regional güclərin təsiri altına düşməsinə imkan verməyəcək!
Hazırda 10 noyabr birgə sazişinin şərtləri çərçivəsində Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi sülhyaratma prosesindən kənarda saxlamağa çalışan ermənilər və onların bəzi himayədarları da yəqin ki, bundan sonra Azərbaycanın və Türkiyənin bu istiqamətdəki istəklərini və təkliflərini qulaqardına vura bilməyəcəklər!"
 
 
Versus.az 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ