“Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılacaq

12:59 07-01-2021 | icon 32 | Siyasət
“Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılacaq

Naqif Həmzəyev: "Prezidentin yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir"

 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılması, təbliğ edilməsi sahəsində atılan növbəti addımdır.

 

Bunu Hafta.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, 880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin duhasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq:

 

“Nizami Gəncəvi elə bir dühadır ki, onun hər beytinə, hər misrasına hər bir oxucunun öz fikri, öz baxışı, öz fəlsəfi açıqlaması ola bilər. Bəşəri duyğuları Nizami Gəncəvinin "Xəmsə"sində cəmləşdirməsi cild-cild hikmət divanlarına açar oldu.

Nizami Gəncəvi Gəncədə doğuldu, Gəncədə yaşayıb-yaratdı, özü ilə, sözü ilə, elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi şairlərin sırasında ucaldı. 880 il Nizami Gəncəvinin idrakla, təfəkkürün vəhdətindən qaynaqlanan poetik əsərləri bu gün də aktuallığını qoruyub saxlayıb. Nizami Gəncəvinin özünün də qeyd etdiyi kimi:"Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı"”.

 

N.Həmzəyev onu da qeyd edib ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsində ümummilli lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri var:

 

“Ulu öndərin siyasi hakimiyyətinin ilk illərində təşəbbüsü və cəsarəti ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarından sonra dahi söz ustadının yubileyləri davamlı olaraq qeyd edilib, adı əbədiləşdirilib.

Dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin 870 illik yubileyi ölkəmizdə, xüsusi ilə Nizami Gəncəvinin Vətəni Gəncədə böyük izdiham, təntənə ilə qeyd edilib, söz sərrafları dahi şairin yaradıcılığının işığına yığışıb.

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də 2021-ci ildə biz Nizaminin 880 illik yubileyinin həm Azərbaycanda, həm dünyada geniş qeyd olunacağına toxunaraq qeyd edib ki, dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir.

Bəşəri dəyərləri vəsf edən, yaradıcılığı bütün bəşəriyyətə məxsus olan böyük Nizami Gəncəvinin irsini təbliğ edən layihələr ölkə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə davamlı olacaq. Bu il dahi şairin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrə, zəngin yaradıcılığına yenidən baxış ili kimi tarixə yazılacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ