“İMZA”çılar Gəncədə şəhid ailələri ilə görüşüb

14:38 07-01-2021 | icon 102 | Cəmiyyət
“İMZA”çılar Gəncədə şəhid ailələri ilə görüşüb

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Gəncəyə iki günlük səfər çərçivəsində şəhid ailələri ilə görüş keçirib.

 

Versus.Az xəbər verir ki, bu barədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib.

 

Bildirilib ki, müharibədə qazandığımız qələbədə Azərbaycan ordusunun əsgər və zabitlərinin, qazilərimizin, şəhidlərimizin rəşadəti, şücaəti, müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç bir zaman unudulmayacaq və gələcək nəsillərimiz üçün örnək təşkil edəcək:

 

“Dövlətimiz və xalqımız hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacaq. Təbii ki, şəhid ailələri də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Bizim Birliyimizin yaradılmasında əsas hədəflərdən biri də sosial dövlət olan Azərbaycanın Respublikasının Ali rəhbərliyinin bu kimi addımlarını dəstəkləməkdir”.

 

“İMZA”çıların Gəncə səfərində ən maraqlı görüşlərindən biri qardaş Türkiyənin ikinci ən böyük şəhərimizdəki Baş konsulu Zəki Öztürk ilə keçirilib. İctimai Birliyin sədri Xəyyam Əsgərov qəbula görə diplomata təşəkkür edib. O, Birliyin yaradılmasının məqsədləri, gördüyü işlər, gələcək planları haqqında danışıb. Bildirib ki, gələcək planlarımızda beynəlxaq əməkdaşlıq xüsusi yer tutur:

 

“Qardaş Türkiyə Respublikası ilə əlaqələrin qurulması,  inkişaf etdirilməsi, ortaq layihələrin həyata keçirilməsi Birliyin qarşısında dayanan əsas hədəflərin və məqsədlərin ən mühümlərindən biridir. Bu istiqamətdə artıq ilkin addımlar atılıb”.

 

Zəki Öztürk isə öz növbəsində vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müharibədə qalib gələn Azərbaycanın vətən müharibəsinin nəticələrinə əsasən yaratdığı yeni reallıqlar regionun, bölgə xalqlarının və hətta dünyanın gələcəyi üçün əhəmiyyətli hadisədir:

 

“Bu mənada bu kimi gerçəkliklərin dünyada təbliğini qarşısına hədəflərindən biri kimi qoymuş Birliyin yaradılması olduqca əhəmiyyətli qərardır”.

 

Diplomat “İMZA”nın Türkiyə ilə əməkdaşlığına hər cür dəstək verməyə hazır olduğunu da söyləyib.

 

Görüşdə gələcək əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Gəncədə növbəti görüş Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatında keçirilib. “İlhamla Mehribanla Zirvələrə Azərbaycan” Sosail İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyətinin Gəncəyə səfəri Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsi ilə eyni vaxta təsadüf edib.

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında keçirilən görüşdə İctimai Birliyin sədri Xəyyam Əsgərov və millət vəkili Naqif Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatı və “İMZA”nın Qərb regional birliyinin “Nizami Gəncəvi ili” çərçivəsində ortaq tədbirlər, yığıncaqlar, Nizami irsinin, yaradıcılığının öyrənilməsi, dünyada təbliği məqsədi ilə ədəbiyyat gecələrini birgə keçirmələri ilə bağlı müzakirələr aparıblar. Bildirilib ki, Nizami yurdunda böyük şairimizin 880 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlər qədim  Gəncənin və onun dahi şəxsiyyətlərinin, ziyalılarının, fikir, elm və mədəniyyət xadimlərinin Azərbaycan ədəbi fikrinin formalaşmasındakı rolunun bütün dünyada tanıdılmasında mühüm rol oynayacaq. Qeyd olunub ki, ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanın Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu bu günə kimi Nizami Gəncəvi irsinin dünyada təbliğində mühüm işlər görüb, çoxsaylı tədbirlər keçirib. Həmin təcrübənin öyrənilməsi və gələcəkdə təşkil olunacaq tədbirlərdə tətbiqi çox önəmlidir. Bu mənada “İMZA” kollektivi Heydər Əliyev fondunun təcrübəsindən faydalanmaq niyyətindədir.

“İMZA”dan verilən məlumata görə rəhbərlik və kollektiv üzvlərinin bu tipli regional səfərləri bundan sonra daha intensiv xarakterli olacaq.

T.Ziyadova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Siyavuş Novruzov üzr istəməlidir"