Qənirə Paşayeva Şəhid Əli Qasımovun atası ilə görüşdü

15:38 07-01-2021 | icon 57 | Cəmiyyət
Qənirə Paşayeva Şəhid Əli Qasımovun atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Hacallı kənd sakini, şəhid Əli Qasımovun atası İbrahim Qasımovla görüşüb.

 

Versus.Az xəbər verir ki, Q.Paşayeva şəhidimizin atasını tarixi zəfər münasibəti ilə təbrik edib:

 

"Əziz Şəhid valideyni, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Əli Qasımov Vətən Müharibəsində fədakarlıqla döyüşüb, şəhid olub. O, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Oğlunuz bu medalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə alıb. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər mü­nasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm!"

 

Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərinə "Qarabağ Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?