Deputat Vətən müharibəsi qazisi ilə görüşüb - FOTO

16:16 07-01-2021 | icon 48 | Cəmiyyət
Deputat Vətən müharibəsi qazisi ilə görüşüb - FOTO

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycanın şanlı tarixinə çevrilən Vətən müharibəsi qazilərindən olan Sadiq Babayevi ziyarət edib.

 

Versus.Az xəbər verir ki, könüllü olaraq Vətənin müdafiəsinə yollanan Sadiq Babayev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib.

 

Keçdiyi şərəfli döyüş yolundan bəhs edən qəhrəman, bu qüruru Azərbaycan xalqına yaşadan Ali Baş Komandanın hər bir əmrinə hər zaman hazır olduğunu qeyd edib.

 

Hər bir Azərbaycanlını qürurlandıran və ərazi bütövlüyümüzün bərpasını təmin edən 44 günlük Vətən savaşının qəhrəmanlarına, diqqət göstərməyin vətəndaşlıq borcuna çevrilməli olduğunu qeyd edən millət vəkili, dövlətin bu istiqamətdə atdığı addımlara, şəhid və qazi ailələrinin sosial rifah halının yaxşılaşdırılması baxımından görülən işlərə diqqət çəkib.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı qazi və şəhid ailələrinə maddi və mənəvi dəstək olmaq üçün mütəmadi olaraq müxtəlif aksiyalar təşkil edir.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Siyavuş Novruzov üzr istəməlidir"