Partiya sədri əsirlərlə bağlı KİV-ə SƏSLƏNDİ

23:06 07-01-2021 | icon 102 | Cəmiyyət
Partiya sədri əsirlərlə bağlı KİV-ə SƏSLƏNDİ

Fuad Əliyev: "Əsirlikdən azad olunan soydaşlarımızı rahat buraxın"

 

"30 il ərzində bizim soydaşlarımız ermənilər tərəfindən əsir götürülüblər. Birinci və ikinci Qarabağ müharibəsi zamanı da əsirlikdə olanlarımız olub. Kimlərsə illər, kimlərsə aylar, kimlərsə də günlərlə əsirlikdə saxlanılıb. Məlum məsələdir ki, ermənilər onları rahat buraxmayıblar, incidiblər, işgəncə veriblər. Bir Allah, bir də onlar bilirlər hansı işqəncələrə məruz qalıblar. Ermənilər tərəfindən verilən işqəncələr bir gün olmayıb, hər gün olub. O işqəncələr müxtəlif formalarda olub".

 
 
Versus.Az xəbər verir ki, Azərbacan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bununla bağlı şəxsi "facebook" hesabında paylaşım edib.
 
 
Partiya sədri əlavə edib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı və əsirlikdə olanların əksəriyyəti Vətənə, ailələrinə qayıtdı:
 
 
"Onlara indi rahat, sakit bir həyat lazımdır ki, o psixoloji sarsıntılar, işgəncələrin ağrıları yaddan çıxsın. Aylar, bəlkə də illər lazımdır ki, onlar o işgəncələrin yarasını unutsunlar. Amma bizlər nə edirik? Hansı TV-yə baxırsan, saytları oxuyursan onlardan müsahibə alınır, sual edilir ki, "əsirlikdə olanda hansı işqəncələrə məruz qalmısız? Ananı yada salmısız? Barmağları nə ilə vururdular" və sair bu kimi üzücü suallar. Bu adamlar bütün aldıqları zərbələri, keçirtdiyi ağrıları, işqəncələri yenidən yada salır.
 
Olmaz belə, bəylər, xanımlar!!! Gəlin bir müddət onları rahat buraxaq. Dövlət onlara psixoloji yardım etməlidir. Mən psixoloqlar da müraciət edirəm, onlara pulsuz yardım etsinlər. Cəmiyyət onlara dəstək vermək əvəzinə, onlardan əsirlikdə olan müddətdən suallar verir.
 
Mən mətbuat nümayəndələrə müraciət edirəm – Gəlin onları rahat buraxaq!"
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ