Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hərbi jurnalist, “Azeri Defence” jurnalının təsisçisi və baş redaktoru, mərhum Rəşad Süleymanovun xanımı Zümrüd Süleymanova ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva bildirib ki, Rəşad Süleymanovun və onun həmkarlarının sayəsində Ermənistanın işğalçılıq siyasəti, həmvətənlərimizə qarşı törədilmiş vəhşiliklər, bir sözlə, Azərbaycan həqiqətləri tirajlanmış, Azərbaycana yeni dostlar qazandırılmışdır:
"Özəlliklə, 44 günlük Vətən Müharibəsi dövründə “Azeri Defence” jurnalının, “azeridefence.com” saytının təqdirəlayiq fəaliyyətini qeyd etməliyik. Ümidvarıq ki, jurnal və sayt öz fəaliyyətini bundan sonra da davam etdirəcək.
Sizi, bütün doğmalarınızı düşmən üzərində tarixi qələbə münasibəti ilə təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!
Z.Süleymanova səmimi qəbul üçün Komitə sədrinə təşəkkür edib.
Versus.Az