"Qiymət artımı ilə əlaqədar sui-istifadə və əsassız qiymət artımına yol verməyin"

12:06 08-01-2021 | icon 29 | Sosial
"Qiymət artımı ilə əlaqədar sui-istifadə və əsassız qiymət artımına yol verməyin"

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara yanacağın qiymətinin artımı ilə əlaqədar sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub. 

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşü zamanı deyib. 

 

O bildirib ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir:

 

“Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 faizi yenilənib. Dizel yanacağının qiymət artımı ilə bağlı daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub”.

 

Görüş zamanı dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən, problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ