Məcburi köçkünlərin doğma yurdlarına qayıtması necə müəyyənləşdiriləcək?

12:55 08-01-2021 | icon 26 | Cəmiyyət
Məcburi köçkünlərin doğma yurdlarına qayıtması necə müəyyənləşdiriləcək?

“Vətən Müharibəsindən sonra doğma yurdlarına qayıtmaq üçün komitəyə müraciətlərin sayı artıb”.

 

Versus.Az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.

 

O qeyd edib ki, məcburi köçkünlər müraciətlərində daimi məskunlaşmaqla yanaşı, Qarabağın yenidən canlandırılması, orada bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildirirlər.

 

“Müxtəlif beynəlxalq xarici təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib.

 

Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti - 90 faizdən artığı doğma torpaqlarına qayıtmaq niyyətindədir. 

 

Dövlət başçısının qərarı ilə məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçiriləcək. Bununla bağlı tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq həmin sorğunun anketinə daxil olacaq suallar üzərində işləyəcəyik. Müxtəlif təkliflər hazırlanır.

 

Bu, böyük sosioloji tədqiqatın predmetidir. Burada əsas məqsəd məcburi köçkünlərin niyyətini öyrənmək, digər tərəfdən isə hər bir rayon, kənd, qəsəbə üzrə sosial-iqtisadi profili yaratmaqdır. Dövlət Komitəsində məcburi köçkünlərə dair vahid elektron baza mövcuddur”, - deyə o qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ