"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

14:10 09-01-2021 | icon 121 | Siyasət
"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Razu Nurullayev: "Zəfərə kölgə salmağa, ən murdar üsullarla Prezidenti hədəf almağa çalışırsız"

 

Son günlər bəzi internet resurslarda, mətbuatda Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərə kölgə salmaq cəhdləri özünü göstərir.

 

Versus.Az xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bununla bağlı münasibət bildirib.

 

Razi Nurullayev bu açıqlamanı etməklə nə Prezidenti yersiz müdafiə etmək, nə də həmkarıma söz savaşı açmaq məqsədi güdmədiyini vurğulayıb:

 

"Hörmətli həmkarım Erkin Qədirlinin "Hökumətin son toplantısında Prezidentin söylədiyi bəzi sözlər "dövlət başçısı" adına yaraşmır" ifadəsini yersiz hesab edirəm. Erkin müəllim barədə bu qədər".

 

Millət vəkili Prezidentin üzərinə haqsız olaraq virtual hücum çəkib, ona çirkin üsullarla təzyiq göstərənlərlə də bağlı fikirlərini ifadə edib:

 

"Prezident kosmosdan gəlməyib, o da bizim kimi həyəcanlanır, əsəbiləşir, gülür və hislərini idarə etməyə çalışır. Prezident işğalda olan torpaqları azad etdiyinə görə haqlı olaraq hər kəsin "sağ ol"unu gözləyirdi. Axı o, heç kimin bacarmayacağı çətin bir işin öhdəsindən gəlmişdi. Sizin heç biriniz bir kəndin belə azad olunmasına inanmırdınız və bunu da dilə gətirirdiniz. Prezident Ermənistana və onun müttəfiqlərinə qarşı "vabank" getdi. Bu qərarı vermək özü bir qəhrəmanlıq idi. Çünki müharibədə uduzmaq da var. Bu məsuliyyətin altında 44 gün davam gətirmək üçün gərək qranit kimi möhkəm olaydın. Çünki, ay yekə-yekə danışanlar, Bakıya da onlarla raket düşə və minlərlə vətəndaş həlak ola, Mingəçevir su anbarı yerlə-yeksan edilə bilərdi. Ermənistanın arxasında duranların nə addım atacağını kim əvvəlcədən deyə bilərdi? Amma Prezident İlham Əliyev 44 gün ərzində Azərbaycan üçün Qay Yuliy Sezar oldu. Axı niyə bunu özündən müştəbeh bir qrup şəxs və siyasi cameə qəbul etmək istəmir? Paxıllıq, gözügötürməzlik, xəbislik və cahillik. Prezident sizinlə işləmək, dialoq qurmaq üçün siyasi partiyalarla bağlı şöbə də yaratdı. Əli Kərimli, Milli Şura özünü böyük tutdu, İlham Əliyevlə görüş tələb etdi. Sizin zəkanız, siyasi çəkiniz müvafiq şöbənin müdiri Ədalət Vəliyevlə danışıq aparmağa bəs etmədiyi halda, "eqo"nuz böyük danışdı. Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz? İndi xaincəsinə hücum edirsiniz, amma Prezident sizinlə görüşmək istəsəydi, gecəni yatmaz, "hansı kostyumu, hansı qalstuku vurum" deyə gözünüzə yuxu getməzdi. İkiüzlülük yaxşı hal deyil. Prezidenti də ara-sıra sizlərin keçmişini xatırlatmağa vadar edən sizsiniz. Bəlkə də bizik, Azərbaycan vətəndaşlarıdır, dövlət adamlarıdır, bəlkə də hər birimizik. Çünki şər-böhtançılara, qabalara, söyüşü həyat tərzi seçənlərə, insanlıqdan çıxıb ən alçaq söyüş söyənlərə ya cavab verə bilmirik, ya vermirik, ya da bacarmırıq. Axı sizlər onun nə çəkdiyini haradan biləsiniz? Danışmağa, söyüşməyə, təhqirə, başından böyük danışmağa nə var ki..."

 

R.Nurullayev qeyd edib ki, müharibə bitər-bitməz, Prezidentin qazandığı zəfərə kölgə salmağa, xalqa yalan məlumatlar verməyə, ən murdar üsullarla Prezidenti hədəf almağa çalışanlara müraciətlə deyib:

 

"O nə etməliydi? Ancaq siz söyə, siz təhqir edə, siz ağır sözlər deyə bilərsiniz? Hərəniz bir ölkədə bir dəlmə-deşiyə girib ağzınıza gələni deyəsəksiniz, o susacaq?

Əli Kərimli, Cəmil Həsənli, onların tərəfdarları 24 saat Prezidenti nüfuzdan salmaq, ona ağır ittihamlar sürmək üçün növbəsiz soxulacaqlar, Prezident səssiz qalacaq? Bəlkə də günah bizdədir ki, susmuşuq. Susmuşuq ki, bizi də söyməsinlər, təhqir etməsinlər, onların səviyyəsinə enməyək. Amma daha başqa çıxış yolu qalmayıb. Hər kəslə onun başa düşəcəyi dildə danışmaq zərurəti əmələ gəlib". /Cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?