Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

09:03 11-01-2021 | icon 81 | Siyasət
Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

Fuad Əliyev: “Azərbaycana qarşı ciddi dəyişiklik olmayacaq və heç ermənilərə də ciddi dəstək verməyəcək

 

Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Fuad müəllim, artıq ABŞ-da Co Baydenin qələbəsi tam təsdiqləndi. Tramp bununla razılaşaraq növbəti prezident seçkilərində iştrakını bəyan etdi. ABŞ-da baş verən son hadisələri necə şərh edərsiz?

 

- Mən yenə də hesab edirəm ki, Tramp qalib gəlmişdi, amma onun səsləri “oğurlandı”. Tramp biznes adamıdır və bizneslə məşğul olanların problemlərilə yaxından tanışdı. Məhz ona görə seçkiqabağı proqramında o, biznes mühitinin yaxşılaşmasına, müəyyən vergilərin azalmasına, import vergilərin qaldırılması və paralel olaraq istehsal olunan malların maya dəyərinin aşağı salmaqla və s. kimi təkliflər irəli sürdü. Və seçkilərin nəticələri onu göstərdi ki, bundan öncəki seçkilərdə iştrak etməyənlər bu prosesdə çox aktiv oldular, Trampa səs verdilər və o, keçən seçkilərdə prezident seçildi. Amma indi ona qarşı ədalətsizlik oldu. Görürsüz ki, demokratiyanın beşiyində də qanun pozuntuları olur. Amerika bütün ölkələrdən demokratik seçkiləri tələb edir, amma özü demokratik seçkilərin tələbinə uyğun seçkilər keçirmir. Amerikada keçmişdə belə qanun pozuntuları ilə seçilən prezident olub. Amma rəsmi nəticələrə görə Bayden prezident seçildi. Nə qədər bu fakt mübahisəli olsa da, bu seçimə hörmətlə yanaşmaq lazımdır.

 

- Sizcə Trampın səhvi harda oldu?

 

- Seçilən gündən, demək olar ki, Trampa qarşı bir neçə impiçment kampaniyanın başlanmasına baxmayaraq, o, prezident səlahiyyətlərini axıra qədər çəkdi. Bu məsələnin siyasi tərəfi.

İqtisadiyyata baxsaq, demək olar ki, 2020-ci ilə qədər hər şey yaxşı gedirdi: iqtisadiyyat ildə ortalama 2,5% artır və 20 trilyon dollara qədər çatmışdı - bu, demək olar ki, dünya iqtisadiyyatının dörddə bir hissəsi deməkdir.

ABŞ əvvəlki maliyyə böhranından çətinliklə özlərinə gələn Avropadan və Yaponiyadan daha da irəli getdi. Pandemiya bu iqtisadi yüksəlişi dayandırdı. İşsizlərin sayı sürətlə çoxaldı. Amma bunlar Trampa görə deyil. Onun yerində başqa kimsə olsaydi, nəticə eyni olacaqdı. Pandemiya dünyanın bütün ölkələrinə iqtisadi problemlər gətirib.

Böyük zərbə koronavirusdan gəldi. Pandemiyaya görə 2020-ci ilin əvvəlindən hər şey dəyişdi. Koronavirus iqtisadiyyatın yüksəlişini dayandırdı, işsizlərin sayı sürətlə çoxaldı. Fikrimcə, seçkilərə bir il qalmış bir neçə ştatda qaradərilərin polis tərəfindən öldürülməsi və Trampın polisləri müdafiə etməsi də, elektorat baxımdan ona zərbə oldu.

 

Co Baydenin ermənipərəst çıxışları nəzərə alsaq, Azərbaycana qarşı siyasəti sərtləşəcəkmi?

 

- Azərbaycana qarşı ciddi dəyişiklik olmayacaq və heç ermənilərə də ciddi dəstək verməyəcək. ABŞ-da qəbul olunan rəsmi və qeyri-rəsmi qanunları, kim prezident olursa olsun, dəyişə bilməz. Dövlətin siyasətinə qarşı gedə bilməz. Ola bilər ki, ABŞ öz maraqlarına görə ermənilərin yox, ATƏT-in Minsk qrupunda fəaliyyətini aktivləşdirsin. Bayden çalışacaq ki, ABŞ-ın dünyada itirilmiş və zəifləmiş nüfuzunu bərpa etsin. Yenidən özü hesab etdiyi diktatura ölkələrinə demokratiyanı “ixrac” edəcək, rəngli inqlablara start verəcək.

 

- Yanvarın 11-i Moskvada keçiriləcək üç tərəfli görüş ABŞ-ın Qafqazda gələcəkdə aktivliyin qabağın almağına hesablanıb yoxsa burda başqa məqamlar var?

 

- Mən hesab etmirəm ki, yanvarın 20-dən, inaqurasiyadan sonra ABŞ Qafqazda fəaliyyətini aktivləşdirəcək. Ağ evə yeni rəhbərlik gəlir. Ən azı 6 ay lazımdır ki, yeni komanda tam formalaşsın.

İkincisi, Putin belə də zəif siyasətçi deyil ki, hansısa qabağlayıcı addımlar atsın. Müəyyən problemlər yaranıb və onları həll etmək lazımdır. Ermənistan tərəfi noyabrın 10-da imzaladığı məlum bəyantı pozur. Və yəqin ki, bu və digər məsələlər görüşün gündəmində olacaq.

Üçüncü, buradaTürkiyə amili var. Artıq qardaş türk əsgərləri Azərbaycandadırlar, Qarabağdadırlar. Qafqaz regionunda vəziyyət dıyişib. İnaqurasiyadan sonra ABŞ regiona özünün 5-inci kolonu ilə, “rəngli inqlablarla” gələcək. /Baku News/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Şuşada yeni yarımstansiya tikilir

Azərbaycanda yeni agentlik YARADILIR