8 yoldaşını xilas edən Şuşa qalasının Şəhidi - FOTO

09:41 11-01-2021 | icon 47 | Şəhidlər və şahidlər
8 yoldaşını xilas edən Şuşa qalasının Şəhidi - FOTO

O, iki dəfə yaralansa da, döyüşə gedib

 

44 günlük Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı. Onların şücaətləri tarix boyu xalqımızın yaddaşından silinməyəcək. Belə igidlərdən biri də Qax rayonunun 23 yaşlı qəhrəmanı Hacıəhməd Hacıəhmədlidir.

 

Hacıəhməd Həsən oğlu Hacıəhmədli 1998-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya göz açıb.

 

Hacıəhməd orta məktəbi Zərnə kəndində bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətənə olan borcunu yerinə yetirdikdən sonra hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib.

 

Ali təhsil almasına baxmayaraq, öz ixtisası üzrə işləməkdən imtina edərək, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayan Hacıəhmədə Vətən Müharibəsində iştirak etmək də nəsib olub.

 

Sentyabrın 27-dən etibarən ordumuzun əks hücum əməliyyatlarında qəhrəmanlıq göstərən Hacıəhməd Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçın dəhlizinin işğaldan azad edilməsi uğrunda döyüşüb. O, bu döyüşlərdə səkkiz yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb.

 

Ayağından və gözündən yaralanmasına baxmayaraq, 15 günlük məzuniyyətdən imtina edərək, müalicə olunduğu hospitaldan birbaşa cəbhəyə yollanıb.

 

Hacıəhmədin son döyüşü noyabrın 7-də Şuşada olub. O, Şuşa qalası ətrafında ən uca zirvəni fəth edən zaman şəhid olub.

 

Hacıəhmədin valideynləri indi övladları haqqında yalnız fəxarətlə danışırlar.

 

Hacıəhməd Hacıəhmədli ölümündən sonra dörd medalla - “Vətən uğrunda”, Şuşanın, Füzulinin və Qubadlının azad olunması uğrunda medalları ilə təltif edilib. Şəhid Zərnə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"