Bu ittihamlar hakimiyyətin əlinə oynayır - ALDP BƏYANAT yaydı

12:30 08-10-2018 | icon 74 | Siyasət
Bu ittihamlar hakimiyyətin əlinə oynayır - ALDP BƏYANAT yaydı

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda müxalifətə müraciət qəbul olunub.

 

Versus.Az-ın məlumatına görə, müraciətdə deyilir:

 

"Azərbaycan müxalifətinin son 15 il ərzində acınacaqlı vəziyyətə düşdüyü bir zamanda müxalifət nümayəndələrinin sosial şəbəkələrdə bir-birlərinə qarşı ittihamları daha da intensivləşib. Artıq bu ittihamlar “hakimiyyətə satılıb”, “hakimiyyətin agenti” və başqa təhqirlər səviyyəsinə keçib.

 

ALDP müxalifətin bugünkü parçalanmış durumda olan bir vaxtda, belə ittihamları hakimiyyətin əlinə oynamaq kimi qiymətləndirir. Xüsusilə siyasi məhbuslar mövzusunda.

 

ALDP hesab edir ki, seçkilər yaxınlaşır və birlik nümayiş etdirib bu seçkilərə hazırlaşmaq lazımdır. Yalnız birlikdə biz bu iqtidara qalib gələ biləcəyik.

 

ALDP olaraq müxalifət partiyalara, QHT və müxalif fikirli soydaşlara müraciət edərək, bu ittihamlara son qoymağa və bütün müxalif qüvvələrin birliyinə çağırırıq".  

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir