Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir


Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşəcək.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində 13 yanvarda Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.
14 yanvarda isə Ceyhun Bayramovun Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Xəbər lenti

Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
Hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edilib