Naxçıvanda yeni arı növü aşkarlandı

18:02 11-01-2021 | icon 29 | Maraqlı
Naxçıvanda yeni arı növü aşkarlandı

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu tərəfindən Naxçıvanın Darıdağ və Sirab ərazisindən yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd ediib.

 

AMEA-dan Versus.Az-a verilən məlumata görə, Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla, dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

 

Sarımtıl hoplisoides bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

 

Qeyd etmək lazımdır ki, respublikamız Palearktikanın bir hissəsi olduğu üçün Naxçıvan Muxtar Respublikası ərazisində təyin olunmuş bu yeni arı növü dünya entomologiya elmi üçün dəyərli töfhədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"