“Moskva bəyanatında bir çox suallar açır qaldı”

10:37 12-01-2021 | icon 19 | Siyasət
“Moskva bəyanatında bir çox suallar açır qaldı”

Natiq Miri: “Kim zəmanət verə bilər ki, Ermənistan sabah bu dediklərindən vaz keçməyəcək?

 

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli Moskva görüşü baş tutub. 4 saat keçən üçtərəfli görüşdən sonra dövlət rəsmiləri bəyanat imzalayıblar. Üçtərəfli görüşün əhəmiyyəti və imzalanan bəyanatın bölgə, xüsusilə Azərbaycan üçün hansı vədlər verdiyi diqqət mərkəzindədir.

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Miri şərhində bildirib ki, Moskva görüşündə imzalanan bəyanatda bir çox suallar açıq qalır:

 

“Putinin açıqlamasına fikir versək, hiss olunur ki, görüşün müzakirə predmetinin sxemi əvvəlcədən cızılıb. Təqdimatda ictimaiyyətə açıqlanacaq məsələ daha çox erməni ictimaiyyətinin narahat edilməməsinə yönəlib. Bu bəyanatla bir növ Ermənistan ictimaiyyətinin narahatlığına səbəb olacaq hər hansı bir durumun olmadığı ortalığa qoyuldu. Fikir verdinizsə, Dağlıq Qarabağda stabilliyin təmin olunması və bundan sonra iqtisadi-ticari əlaqələrin yaradılması kontekstində nəqliyyat kommunikasiyaların açılmasının müzakirə predmeti olacağı vurğulandı”.

 

Politoloq bildirib ki, bəyanatda təqdim olunan müddüəlardan da görünür ki, görüşdə Dağlıq Qarabağ probleminin nizamlanmasından daha çox əsasən Rusiya, Ermənistan, Azərbaycan münasibətlərinin qurulması kontekstində müzakirələr aparılıb.

 

Onun sözlərinə görə, bəyanatda Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda bu prosesdə iştirak edən Türkiyəyə qarşı ərazi iddialarından rəsmi olaraq vaz keçməyən Ermənistanla əməkdaşlığın hansı şərtlə, necə mümkün olacağı göstərilməyib:

 

“Erməni silahlılarnın Qarabağdan çıxarılması və digər bu kimi məsələlər sənəddə yer almayıb. Görünür ki, məsələnin qeyri-rəsmi razılaşdırılmış məqamları var ki, bu məqamlar ictimaiyyətə təqdim olunmur. Bu da daha çox erməni ictimai rəyinə görə gizli saxlanır. Çünki məğlub tərəf olan Ermənistanda hələ də etirazları səngitmək mümükün olmayıb”.

 

Politoloq bir neçə əsas məqamı önə çəkib. O, bildirib ki, Azərbaycan onun müstəqilliyini qəbul etməyən bir Ermənistanla iqtisadi və ticari əməkdaşlığa və bu yöndə bütün kommunikasiyaların açılmasına necə razı ola bilər? Bu, sənəddə təsbit olunmayıbsa, hətta prezidentlər arasında şifahi razılaşma olsa belə, kim zəmanət verə bilər ki, Ermənistan sabah bu dediklərindən vaz keçməyəcək?:

 

“Bildiyimiz kimi hələ də Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi birmənalı olaraq bərpa olunmayıb. Bu kontekstə məliumdur ki, Qarabağda rus sühməramlıları həddini aşan davranışları, Azərbaycan əsgərinə qarşı terror hadisələrinin törədilməsi və erməni silahlılarının tərksilah edilməsi ilə bağlı məsələlər öz həllini tapmayıb. Doğrudur, Rusiya prezidenti Putin açıqlamasının ilk cümləsində Qarabağda stabilləşdirici addımların atılacağına işarə vurdu. Lakin əsas məsələlər açıq qalır”.

 

Politoloq Qarabağda mövcud problemlərin aradan qaldırılması kontekstində müzakirələr aparılmadığına görə bu bəyanatın Azərbaycanın maraqlarını tam şəkildə ifadə etmədiyini önə çəkib. O, hesab edir ki, Azərbaycan sərhədləri tam öz nəzarətimizə keçməyincə, Ermənistanla hər hansı iqtisadi, ticari, kommunikasiya əlaqələrinin qurulması Azərbaycan üçün təhlükəlidir. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

Xanıma Komitə adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib

“Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir”

“Doğma, sevimli, əvəzolunmaz Şuşa!” - FOTO

Azərbaycan Kubokunun oyunlarının vaxtı açıqlandı

“Mühasirədə qaldıq, bir yolumuz var idi...” – qazi Vüsal Qasımov

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi YER

Bu futbolçu yenidən “Sumqayıt”a qayıtdı - FOTO

Zakir Həsənov pakistanlı səfiri qəbul etdi

İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO

İlham Əliyev Şuşada dahi şəxsiyyətlərin büstlərinin açılışını keçirib - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şuşa məscidlərində - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO

“Barselona”nın apelyasiya şikayəti rədd edildi

Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO

“Dünya çempionatına getmək arzusu və illüziyası ilə yaşayırıq”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Polad Həşimovun adı küçəyə verildi

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ