Qızı qaçıran qadınlar saxlanıldılar


Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan dörd nəfər saxlanılıb.
Versus.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc oğlan anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil etmək istəyiblər.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin yeniyetmənin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi maddəsi üzrə davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir. /report/
Versus.Az
Xəbər lenti

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"
Mütəllim Rəhimli: "Rövnəq Abdullayev özünü geniş səlahiyyətli, lakin cavabdehliyi olmayan məmur kimi aparır"