Bəy kostyumu bayraqla əvəzlənən ŞƏHİD

13:05 12-01-2021 | icon 45 | Şəhidlər və şahidlər
Bəy kostyumu bayraqla əvəzlənən ŞƏHİD

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Rüfət Əliyevdir. 

 

Rüfət Füzuli oğlu Əliyev 1992-ci il dekabrın 6-da Bakıda anadan olub. Xətai rayonu 27 nömrəli tam orta məktəbi bitirib, 2010-2014 ci illərdə ali təhsilini Azərbaycan Kooperasiya Universitetində alıb. O, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmət müddətində kəşfiyyatçı qrupunda olan R.Əliyev əsgərliyi bitirdikdən sonra 2015-ci ildə fəxri fərmanla təltif olunub.

 

R.Əliyevin ailə üzvləri qeyd edir ki, onun ən böyük arzusu elə hərbçi olmaq idi:

 

“Rüfət ailədə üç qardaşın ən böyüyü idi. Nişanlı idi. Pandemiyaya görə toyu ləngimişdi, amma evinin hər hazırlığı görülmüşdü. Müharibədən qayıdıb ailə qurmaq, toy etmək arzusunda idi. Dövlət Sərhəd Xidmətinin Çevik Hərbi Dəstəsinin giziri idi Rüfət”.

 

R.Əliyev Bakıda hava limanında işləyib. İş yerindən öz istəyi ilə ayrılaraq, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına yazılıb. Avqustun 26-da hazırlıq keçmək üçün Lənkəran, Ağstafa, Daşkəsən istiqamətinə yollanıb. Müharibə başladıqdan sonra isə Füzuli, Hadrut, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. 

 

“Müharibə müddətində bizimlə 3-4 gündən bir əlaqə saxlayırdı. Əlaqə saxlayanda da üstüörtülü şəkildə harada olduğunu deyirdi. Sonuncu dəfə noyabrın 6-sı bizimlə danışdı. Onda döyüş yoldaşları ilə birlikdə yüksəklik uğrunda əməliyyatdan qayıtmışdılar. Noyabrın 7-dən 8-nə keçən gecə saat 2-də Ağbənddə Rüfətin yanına minaatan mərmisi düşüb və qəlpə yarasından şəhid olub”.

 

Qeyd edək ki, Rüfət Əliyev şəhidlik zirvəsinə yüksəldikdən sonra “Vətən uğrunda” ordeni, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. /0xu.az/

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

Polad Həşimovun adı küçəyə verildi

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ