İrəvan mətbəxi təqdim olundu

16:01 08-10-2018 | icon 35 | Mədəniyyət
İrəvan mətbəxi təqdim olundu

 

Azərbaycan Respublikasının Prezedenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant dəstəyi ilə “İrəvan mətbəxi” layihəsi çərçivəsində ziyafət keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə səfirlər, mllət vəkilləri, sahibkarlar, aşpazlər və başqa qonaqlar iştirak ediblər.

 

Tədbiri Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov açıb. Tahir bəy və diqər iştirakçılar Azərbaycanın mətbəxi və onun bir parçası olan İrəvan mətbəxindən söz açıblar.

 

İllər uzunu düşmən işğalı altında qalan bölgələrimizin mədəniyyəti və həmçinin mətbəx mədəniyyətinin qorunması və təbliğ edilməsi çox vacib amillərdəndir. İrəvan xanlığı bölgə mətbəxini Gəncə, Qarabağ, Şamaxı, Naxçıvan,Şəki, Ərdəbil, Təbriz və s. kimi digər mətbəxlərlə müqayisədə görmək olur ki, bu mətbəx mədəniyyəti eyni ahəngdədir. İrəvan mətbəxinin əsasında İslam, müsəlman düşüncə tərzinin olduğu tam görünür. İravan mətbəxini Sultan Muradın aşpazı Mahmud Şirvaninin (XV yüzil), Şah İsmayıl Xətainin aşpazı Bavərçinin (1521-ci il), Şah Abbasın aşpazı usta Nurullahın (1590-cı il), Təbrizin valisi Nadir Mirzə Qacarın (XIX yüzil) aşpazlıq risalələri və bugünki mənbələrlə müqayisə etdikdə, İrəavan xanlığının bölgə mətbəxinin Umum Azərbaycan milli mətbəxinin ayrılmaz tərkib hissəsi olduğunu görürük.

 

Ziyafətdə İravan mətbəxi günü çərçivəsində tədbir iştirakçılarına İrəvan Xanlığı (İrəvan, Göyçə, Zəngəzur və s.) ərazisində hazırlanan, respondentlərdən toplanmış 25 çeşid xörək nüsxəsi hazırlanıb təqdim olunub:

 

isti və soyuq qəlyanaltılar, I və II xörəklər, şirniyyat, isti və soyuq içkilər. Açılış nitqində Tahir Əmiraslanov bellə bri ifadə işlətdi:

 

“İrəvanlılardan xahiş edirəm, əgər yeməklərin dadında və hazırlanmasında bir qüsur görsəniz, dərhal bizə məlumat verin ki, biz də gələcəkdə öz səhvlərimizi düzəldək”.

 

Ömrünün 46 ilini aşpazlıq sənətinə həsr etmiş Oruc Əliyev tədbirdə iştirak edən KİV nümayəndələrinə az da olsa,xörəklərin hazırlanma sirrini açıb.

 

Tədbirdə, həmçinin, Aşıqlar birliyindən aşıq Altay “İrəvan çuxuru” və “Göyçə gölü” havasını ifa edib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir