Peşə təhsili alanlarda İLK

11:43 13-01-2021 | icon 25 | Təhsil
Peşə təhsili alanlarda İLK

2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır.

 

İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır.

 

Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir.

 

Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir.

 

Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"