“Virtual məktəb”də təqvim cədvəlləri yenilənir


2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar, yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək. Məqsəd platformada təqvim yükünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır.
Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.
Xəbər lenti

Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
Hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edilib